Əsas Səhifə > Hadisə, Manşet > “Sumqayıt Texnologiyalar Parkı”nda yenidən kütləvi ixtisarlar başladı:

“Sumqayıt Texnologiyalar Parkı”nda yenidən kütləvi ixtisarlar başladı:


1-02-2019, 10:58
“Sumqayıt Texnologiyalar Parkı”nda yenidən kütləvi ixtisarlar başladı:
“Sumqayıt Texnologiyalar Parkı”nda işçilərin heç bir səbəb olmadan işdən çıxarılması prosesi davam edir. Bu barədə işdən çıxarılmış işçilər AzToday.az-a məlumat verib.

Onların sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nda bərbad idarəçilik var: Bu səbəbdən də təcrübəli işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır:

“Sumqayıt Texnologiyalar Parkı”nda yenidən kütləvi ixtisarlar başladı:
Emin Məmmədov

“STP-nin rəhbəri Emin Məmmədov faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır.

Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir.. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər”.

Leyla Babayevanın əməkdaşlardan işdən edilməsi üçün hansı bəhanələrdən istifadə etməsi ilə bağlı AzToday.az-a daxil olmuş faktlar və səsyazıları araşdırılır. STP-nin mövqeyi öyrənilməklə gələn yazılarda bu barədə geniş məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, son bir il ərzində STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən azad edilib. Şikayətlərindən məlum olur ki, işdən çıxarılanların əksəriyyəti bu sahədə müəyyən təcrübəyəə sahib olmalarına baxmayaraq, onları təcrübəsiz işçilərlə əvəz ediblər. Və bu prosesdə STP rəhbərliyinin merkantil maraqlar güddüyü də yayılan məlumatlar sırasındadır.

Bu arada qeyd edək ki, STP-də əmək münasibətlərinin tənzimlənməsində ciddi problemlər var. Bununla bağlı AzToday.az-a daxil olmuş məlumatlar araşdırılır.

Geri qayıt