Əsas Səhifə > Hadisə, Manşet > Səfər Mehdiyevin dedikləri nə qədər həqiqətdir?

Səfər Mehdiyevin dedikləri nə qədər həqiqətdir?


28-12-2018, 11:50
Səfər Mehdiyevin dedikləri nə qədər həqiqətdir?
Tanınmış iqtisadçı Qadir İbrahimli Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu gün bir sıra media orqanlarının rəhbərləri ilə keçirdiyi görüşdə səsləndirdiyi "ölkədə monopoliya yoxdur" fikrini darmadağın edən bir status yazıb.
Teref.az "Səfər Mehdiyevin şəffaflıq nağılları və DGK sədrinin baş redakorlarla görüşünə sözardı" cümləsi ilə başlayan statusu olduğu kimi təqdim edir:

Səfər Mehdiyevin şəffaflıq nağılları və ya DGK sədrinin baş redakorlarla görüşünə sözardı

Əvvəla, ondan başlayaq ki, komitə sədrinin baş redaktorlarla görüşünün özü yanlış format idi. Çünkü hörmətli baş redaktorların çoxu politoloqdur, bir hissəsi də şair. Yəni onların baş gömrükçüyə veriləsi sualları yoxdur. Görüşə baş redaktorlar yox, iqtisadiyyatdan yazan jurnalistlər dəvət olunmalı idi.
Konkret desək, Cənab Mehdiyev, qapıçısı olmayan boş qapıya yaxşıca toplar vurub. Hərçənd ki, boş qapıya vurduğu topların da hamısı sərrast olmayıb. Götürək elə gömrükdə monopoliyanın ləğvi ilə bağlı qapnının yanınında, üstündən ötən zərbələri . Deyir şəffadır. Necə şəfafadır ki, ölkəyə qayıdan insanlar ailə üzvlərinin istehlakı üçün mobil telefon, siqaret gətirməyə belə icazə verilmir və "qaçaqmal" adı ilə müsadirə edilir. Nəyə görə? Çünki siqaret vəı mobil telefon konkret firmaların inhisarındadır vəı baş gömrükçü onlara xidmət öhdəliyi götürüb. Belə deyilsə, siqaret və mobil telefon idxalı ilə məşğul olan idxalçı şirklətlərin sayı və adları açıqlansın. Anti-inhisar qanunverciliyinə görə, bazarın bir seqmentində bir şirkətin payın 35 faizdən yüksək ola bilməz. Bu baxımdan ən azı 3 siqaret, 3 mobil telefon idxal edən şirkət olmalıdır.
Necə şəffaflıqdır ki, İranla sərhəd rayonların sakinlərinin ailə istehlakı üçün gətirdiyi toyuq məıhsullar "quş qripi" adı ilə müsadirə edilir. O başqa məsələdir ki, gömrüyün qara kassasının bir hissəsi bu il leqallaşıb. Ancaq bu hələ islahat analamından çox uzaqdır. Uzun müddət gömrüyün qara kassasına şəxsən nəzarət edən cənab Mehdiyev bunu gözəl bildiyindən qapıçısı olmayan boş qapıya toplar vurmağa uğursuz cəhdlər edib.
Teref.az olaraq onuda bildirək ki, bu statusa maraqlı kommentlərdə yazılıb və onların bəzilərini oxuculara təqdim edirik:
Zamin Babayev
Zamin Babayev Sedrden soruşmaq lazim idi ki niye hansi ""sebeble" Avropada 2000€-3200$ olan avtomobiller resmileşdirme zamani beyanetme qiymeti 4000$ olaraq hesablanir...?
Gürcüstandaki qiymetden de baha
Bes gömrük kalkulyatoru ne ücündür?
Ele bütün idxalcilar invoysda qiymeti azaldir?
Belke biri vuruq alib avtomobili?
Standart qiymet tetbiq edirler..
Gömrük kassasina qeder de konkret xaos basabasdir hem xalqdan büdcə ücün pul alinir hemd e min bir eziyyet veriler
Gürcüstanda 30 deq 1 saata başa gelen resmileşdirme bizde 2-3 sutqa dehşetli işgencelee hesabina ))

Geri qayıt