Əsas Səhifə > Hadisə, Manşet > "Biləcəri Təmir Quraşdırma"nın rəhbərindən intihar etmiş sahibkarın ailəsinə İDDİA

"Biləcəri Təmir Quraşdırma"nın rəhbərindən intihar etmiş sahibkarın ailəsinə İDDİA

19-12-2018, 10:25
"Biləcəri Təmir Quraşdırma"nın rəhbərindən intihar etmiş sahibkarın ailəsinə İDDİA
DİA.AZ: - "Biləcəri Təmir Quraşdırma" Qapalı Tipli Səhmdar Cəmiyyətinin sədri Nazim Tahirov DİA.AZ vasitəsilə bir müddət əvvəl saytımızda və digər KİV-lərdə yer alan məlumatlara reaksiya gəlib. Qarşı tərəf olaraq dinlədiyimiz Nazim Tahirovun müraciətində deyilir:

""Biləcəri Təmir Quraşdırma" Qapalı Tipli Səhmdar Cəmiyyətinin sədri Nazim Tahirovdan 16 saylı Təmir Tikinti Trestinin rəisi olmuş, mərhum Nəsirov Yusif Təvəkkül oğlunun həyat yoldaşı Nəsirova Gülarə Əlihüseyn qızının diqqətinə və oxucuların nəzərinə!

Bir neçə saytlarda gedən yazılarda və sizin ölkə rəhbərliyinə olan müraciətlərdə məni həyat yoldaşınızın ölümündə suçlandırırsınız. Mən başa düşürəm ki, ailə başçısı kimi Nəsirov Yusifi siz və ailə üzvləriniz evdə və ailədə bir nümunəvi həyat yoldaşı və valideyn kimi görmüsünüz, yaxud da görmək istəmisiniz.

Lakin bildirirəm ki, iş adamı kimi mən də ilk zaman (müqavilə bağlayarkən) ona inanıb 2013-cü ilin 01 oktyabrında müqavilə bağladım. Və hər şey bundan sonra başladı. Yusif yalanlar dolu vədlər verməklə vaxtı uzadaraq hər dəfə məni aldadırdı. Mən məcbur olub 2015-ci ildə məhkəməyə müraciət etdim. Və 6.468936 manat məbləğində borcu ödəmək haqda 1 saylı Bakı İnsibati-İqtisad Məhkəməsinin 10.02.2015-ci il tarixli 2(81)-509/2015 saylı qətnaməsi çıxdı.

Nəsirov Yusifin mənə yaratdığı böyük bir problem bu gün əqədər də davam edir. Dələduzluq dərəcəsi o yerə çatdı ki, öz niyyətinə yaxın olan insanlarla saxta müavilə bağlayaraq, anbarında olan və (mənim verdiyim boruları) "Cənnət park" MTK deyilən bir şirkətə qoşuldu.

Mən bütün olanları və baş verənləri sadalamaq niyyətində deyiləm. Çünki "Cənnət Park" MTK iləolan məqamlar başqa bir müstəvidə baş verir.

Odur ki, hörmətli oxucular, bütün yazılanların ağ yalan, iftira, şər və böhtan olduğunu qısa və konkret rəsmi sənədlər vasitəsi ilə yəqinlik üçün çap şəklində əkslərini göstərirəm:

1. Bağlanmış müqavilə
2 Malların Nəsirovun təşkilatı tərəfindən götürülməsi üçün etibarnamə
3. Malların götürüldüyü qaimələr
4. Zəmanət məktubu
5. Rusiyanın mal göndərən zavodunun Rusiyanın Azərbaycandakı səfirinə Azərbaycan DİN-i R.Usubova məktubu
6. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin cavab məktubu
7. Rusiyanın ticarət nümayəndəliyinə göndərilmiş məktub
8. Audit rəyi
9. Nısirov Yusifin icra tədbiri qismində inzibati cəza almağı haqda qərar
10. Nəsirov Yusifin icra cəza tədbiri nəticəsində məhkəmə tərəfindən xaricə giriş və çıxışına qadağa qoyulması.

Bütün bu sənədlər onu təsdiq edir ki, Nəsirov Yusif Təvəkkül oğlu həm borclu olub, həm də haqsız və cinayətkar bir yol tutaraq mənə böyük ziyanlar vurmuşdur.

Odur ki, bu sənədləri görən hər bir kəs yəqinlik edər ki, kim kimi aldadıb və dələduz kimdir. Atalar sözü var: haqq nazilər, amma qırılmaz.

"Biləcəri Təmir Quraşdırma" QTSC-nin sədri N.M.Tahirov"

Geri qayıt