Əsas Səhifə > Hadisə, Manşet > Adil Vəliyev Azərbaycandakı biznesini satışa çıxarıb...

Adil Vəliyev Azərbaycandakı biznesini satışa çıxarıb...


1-11-2018, 09:57
Adil Vəliyev Azərbaycandakı biznesini satışa çıxarıb...
DİA.AZ: - Sabunçu rayon icra hakimiyyətinin başçısı postunu tutan Adil Vəliyevlə bağlı ilginc iddiaların yer aldığı informasiyalar yayılıb. Belə ki, DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, Sabunçunun şefi Azərbaycandakı biznesini satışa çıxarıb. Bunun isə bir çox müəmmalı səbəblərinin olduğu deyilir.

Bununla əlaqədar DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, çox ehtimal Adil Vəliyev yaxın vaxtlarda görəvdən alınacağını təxmin etdiyindən belə bir tədarükə başlayıb.

Xatırladaq ki, srağagündən etibraən icra başçılarının növbəti ələmə prosesinə start verilib bə bunun daha da intensiv xarakter alacağı, həmçinin təxminən 20 rayonu əhatə edəcəyi də iddia olunmaqdadır.

dia-az.life-a danışan mənbə bildirir ki, Adil Vəliyevin qaçaraqda olması daha çox onun ayağında olan büdcə yeyintisi ilə birbaşa əlaqədardır. Mənbənin söylədikləri: "Təbii ki, bu vaxta qədər də vəzifədən çıxarılanlar olub. Amma kimsə operativ şəkildə Azərbaycandan çıxış yollarını arayırsa, deməli, nədənsə qaçır. Ola bilsin Adil müəllim də barəsində olan ittihamlardan yayınmaq üçün vəifədən çıxarıldığı günə hazırlıq görür".

dia-az.life xatırladır ki, bu vaxta qədər yerli KİV-lərdə Adil Vəliyevin əlindəki biznes imkanları ilə bağlı müxtəlif informasiyalar yayılıb. İddia olunur ki, Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə sonralar onun birinci müavini olan və vəzifədən alınan Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub. O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir. İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında «AQAT» şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb. Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və kapitalını xeyri artırıb.

Bununla yanaşı, Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o “Sarı gəlin” şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda “Sarı gəlin” şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. “Bakıxanov Rezidens”in ona məxsus olduğu deyilir.

dia-az.life olaraq bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləyə bilərik.

Geri qayıt