Əsas Səhifə > Hadisə, Manşet > Tofiq Heydərovdan ağır ifadələr dolu İTTİHAM
Tofiq Heydərovdan ağır ifadələr dolu İTTİHAM19-10-2018, 10:43 |
Dünən axşam 05 saatlarında AAAF parkın rəhbəri Tofiq Heydərov öz sosial şəbəkə profilindən müraciət yayıb. Gundeminfo.az xəbər verir ki, Heydərov AAAF Park-da vəziyyətin acınacaqlı olduğunu dilə gətirib və yaranan böhrana görə, bəzi məmurları hədələyərək onları şərəfsiz adlandırıb. Tofiq Heydərov AAAF Park-da tikinti işlərinin yarımçıq qaldığını, binaları inşa edən podratçıların işiləri dayandıraraq getməsi səbəbindən yaranan problemdən şikayətlənib. Hətta Tofiq Heydərov bu günlərdə Astara rayonunda səfərdə olan Dövlət Başçısına müraciət ünvanlayan vətəndaşın ərizəsini paylaşaraq onu ağır formada təhqir edib. dia-az.life Gundeminfo.az-a istinadən AAAF Park sahibinin müraciətini olduğu kimi təqdim edir: - Hörmətli AAAF Park sakinləri, ilk dəfə olaraq idmançılar üçün açdığım bu səhifədən sizlərə müraciət edirəm. Bilirəm ki, dostluğumda kifayet qədər varsınız və xahiş edirəm ki, suallar yazmayasınız. Son günlərdə bizim uğurları görən xain qüvvələr yeniden fəaliyyətə başlayıblar. Bir ay əvvəl Parkın ərazisində bir neçə binanın elektrik xətləri Azərışıq əməkdaşları tərəfindən qəyri-qanuni olaraq kəsilməsi böyük bir təxribatın yaranmasına səbəb olmuşdur. həmən binaların sakinləri belə olmayan texribatçılar yolu kəsərək və mənim yaşadığım əvə hucum etmişdilər. Bu hadisəni mətbuatda yalandan ışıqlandıraraq satışlarımıza təsir əde biləcək cəhdlər edilmişdir. Bu günləri yenidən belə texribatların törədiləcəyi haqda bilgilərimin olması məni sizlərə müraciət etməyə məcbur etdi. Nəzərinizə çatdırıram ki, hər zaman sabitliyi pozmaq istəyən bu xain qüvvələrə qarşı tedbirlər görərək Allahın köməkliyi ilə onların arzularını ürəklərində saxlaya bilmişik. Beş ildən artıqdır ki, mənim dəfələrlə həbs olunduğum haqda və bütün cinayətkar qruplarla əlbir olduğum barədə yalan informasiyalar yayırlar. Bütün bunlar satışlarımıza təsir etməklə yanaşı lahiyələrimizə sərmayə qoyan insanları qorxutmaqla bizdən uzaqlaşmasına nail olmaqdır. Hamıya məlumdur ki, bizim şirkətlər cənab prezidentimiz İlham Aliyevin apardığı siyasətə hər sahədə böyük dəstəyini nümayiş etdirir. İdman və regionlarımızın inkişaf etdirilməsində, iş yerlerinin açılması ve dövlət büdcəsinə böyük məbləğdə vergilərin ödənilməsində böyük səylər göstərir. Cənab Prezidentimizin televiziyadan sahibkarlara etdiyi müraciətlər əsasında lahiyələrimizə milyonlarla sərmayə qoyan iş adamları cəlb edə bilmişik. Bu gün artıq bu təxribatlar nəticəsində lahiyələrimizdə kiçik investor belə qalmayıb. Sahibkarlara mane olan cinayətkarlar haqqında hər çıxışında Prezidentimiz söyləyir və onlara xəbərdarlıq edir. Biz sahibkarlar kimi onları heç kes yaxşı tanıya bilməz. Prezidentimizin söylədiyi kimi hər xırda süni maneyə görə ona müraciət etmekle tezliklə hamısının axırına çıxmalıyıq. Şirkətimiz hər ay belə təxribatların qarşısını almaq üçün böyük məbləğlərdə vesait xercleyir. Təkcə son ildə sakinlərin əvəzinə şirketimiz 1 000 000 manata yaxın elektrik və qaza görə ödəmələr edib. 500 000 manatdan artıq sayğaclara vəsait xərclənib. Bundan başqa bir ilə yaxın vaxtda sakinləri ödəməli olduqları kommunal ödənişləri bağışlandığından hər ay 100 000 manatdan artıq vesait onlara xidmət üçün vəsait xerclenir. Amma təəsüflər olsun ki, bəzi sakinlərimiz bu oyunların qurbanı olaraq oturduqları budağı baltalamaqla məşğuldular. Bu gün təxribatlarlar nəticəsində Bəzi podradçılar parkda inşa etdiyi binaları yarımçıq buraxaraq bizə böyük çətinliklər yaradıblar. Onların işlərini tamamlamaq və bəzilərin yerinə vergi borclarını ödəmək dözülməz dərəcədə ağır olsa da biz bunun öhdəsindən gəlməyi Allahın köməyi ilə bacarırıq. Bu gün AAAf parkda çalışan bir çox emekdaşımızın mənə qarşı etdiyi xəyaneti , Cenab Prezidentimizin inandığı məmurlar da ustalıqla həyata keçirirlər. Şəxsi mənafeyini hər şeydən üstün tutan bu şərəfsizlər tezliklə cezalarını Alacaqlar. Uzun illərdi sahibkarlara qarşı işlətdikləri oyunlar bu gün azda olsa davam etməkdədir. Kommunal kəsimlərlə, vergi yoxlamaları ilə, obyektlərin qabağının asvaltını yalandan qazmaqla, huquq mühafizə orqanı işçilərinin təxribatı ilə qurulan belə gizli oyunları artıq bağça uşaqları da başa düşə bilir. Mənim əlbettə bu adamlara yazığım gelir. Hemişə Allahdan onlara doğru yola dönmələri üçün dua edirəm. Sakinlərimizə isə yenə xəbərdarlıq edirəm. Təxribata uymasınlar, kommunal ödənişlərini artıq ödəməyə başlasınlar, sayğaclara görə ve mənzilə görə olan borclarını ödəsinlər. Bir balaca bir şey olan kimi evimə hücum etməsinlər, çünkü artıq parkda yaşamıram. Bütün sakinlərimiz başa düşməlidir ki , bu texribatçıların ocağına benzin tökmekle bu odda özləri Yanacaqlar. Övladlarımızın sağlam gələcəyi üçün inşa edilən bu gözel mekanımızın inkişafı və bitməsinə hamı bir nəfər kimi dəstək olmalıdır. Qarşıdan qış gəlir bununla bağlı Abşeron Ih, Azərıqaz və Azərışığın rehberliyinə son kəs yaradılan problemleri aradan qaldırmağı teleb edəcəyəm. Bizim işimiz Podstansiyalar tikməklə texniki şərtləri almaq məsələsidir. Sayğacların alınması sakinlere, işi təhvil alma isə bu qurumlara aid olan işdir və bunu etmək onların vezife borclarıdır. Nağıllar danışmağın artıq zamanı deyil, Sahibkarlara nəinki bu qurumlar bütün vetendaşlarımız bir nəfər kimi hamı destek olmalıdırlar. Eks halda Cənab Prezidentimizin dediyi kimi bu adamlar dövlətimizə qarşı xəyanət edən xainlərdir. Geri qayıt |