Əsas Səhifə > Hadisə, Manşet > Bakı meriyasına gəlmək istəyirdi, Səbailə də razıdır...
Bakı meriyasına gəlmək istəyirdi, Səbailə də razıdır...2-10-2018, 11:08 |
DİA.AZ: - Bir müddət əvvəl Bakı meriyasına gələcəyi haqda informasiyalar yayılan Taleh Qaraşov indi də boşda qalan Səbail rayon icra başçısı postuna niyyətlənib. Bu barədə DİA.AZ-a xəbər verən qaynaq iddia edir ki, hazırda Lənkəran RİH-ə rəhbərlik edən Taleh Qaraşov Eldar Əziziovun Bakı meriyasında bundan sonra daha da möhkəmlənəcəyini təxmin etdiyindən onun buna qədər tutduğu Səbailin rəhbərliyinə iddialıdır. Mənbənin dia-az.life-a söylədikləri: "Taleh Qaraşov bununla bağlı "yuxarılara" niyyətini çatdırıb. Qərar onun xeyrinə veriləcəkmi, ya yox... bunu zaman göstərəcək". Xatırladaq ki, Səbail rəhbərliyinə eyni zamanda hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevin də iddialı olduğu deyilir. Qeyd edək ki, Əhəd Abıyevin adı həm də digər boşda qalan Mingəçevir ŞİH rəhbərliyinə də iddialı olduğu söylənilir. Geri qayıt |