Əsas Səhifə > Hadisə, Manşet > Elmar Vəliyevin daha bir kadrı vuruldu

Elmar Vəliyevin daha bir kadrı vuruldu


14-09-2018, 11:35
Elmar Vəliyevin daha bir kadrı vuruldu
Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.

“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Mais Piriyev məlumat verib.

Onun sözlərinə görə, nazir Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.

DİA.AZ xatırladır ki, Natiq Cabbarovun adı bir çox maliyyə qalmaqallarında hallanırdı və onun əsas himayədarı kimi isə Gəncənin sabiq icra hakimiyyəti başçısı Elmar Vəliyevin adı çəkilirdi. Natiq Cabbarov məhz Elmar Vəıliyevin qaranlıq maliyyə əməliyyatlarının icradarı kimi də ad çıxarıb.

Geri qayıt