Əsas Səhifə > Hadisə, Manşet > Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə

Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə


4-09-2018, 10:35
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
İcbarı sığortası olmayan nəqliyyat vasitələrinin sahibi olan Azərbaycan vətəndaşları hər zaman cərimə oluna bilərlər. Qüvvədə olan qanunvericiliyə əsasən icbarı sığortası olamayan nəqliyyat vasitələri hər 15 gündən bir Dövlət Yol Polisi orqanlarının Mərkəzi Məlumat Xidmətində elektron qaydada cəzalandırırlar. Sadə dillə desək icbari sığortası olamayan nəqliyyat vasitələri MMX-dan hər 15 gündən bir 50 manat miqdarında cərimə olunurlar. Cərimə olunmaq istəməyən vətəndaşlar da icbari sığorta alırlar. Amma sığorta bazarında ciddi problemlər və xaos var. Dünən Gundeminfo.az-a şikayət edən vətəndaş əslində ölkənin sığorta bazarında nəhəng şirkətlərdən olan Paşa Sığortada yaranan qeyri müəyyənlikdən bəhs edib. Şikayətçi saytımıza şirkət əməkdaşı ilə yazışmasının elektron “screen shoot”larını da təqdim edir. Narahat və narazı vətəndaş yazır ki, 10 gün öncə ona özünü Paşa Sığortanın Baş Ofisinin əməkdaşı kimi təqdim edən xanım xəbərdarlıq edib. Xanım xəbərdarlığında deyib ki, Paşa Sığorta ilə ötən il əməkdaşlıq edən partnyor sıörta satan şirkətlərin bir qismi ilə əməkdaşlığı dayandırıblar. Xəbərdarlıqda xanım iddia edib ki, bundan sonra sistemdə avtomobilin icbari sığörtasının vaxtının çatdığını deyib sizi aldada bilərlər. Və diqqətli olsunlar ki, sonradan həmin müqavilənin ləğv edilmə ehtimalları arta bilər. Yəni vətəndaş icbari sığorta müqaviləsi bağlandan 3 ay sonra əqzaya düşə bilər və sığorta şirkətinə müraciət edəndə bəlli olar ki, müqaviləsi saxtadır, o səbəbdən də qüvvədə deyil. Və ya ən yaxın tarixdə vətəndaş avtomobilini sığortalayndan 15 gün sonra MMX-ya düşərək 50 manat cərimə olunar və bundan bir neçə 15 gün xəbər tutduqda artıq 200 manat cəriməsinin olduğunu bilər. O zaman Paşa Sığortada vətəndaşların qarşılaşdığı bu problemin səbəbkarı və həllini kim bilir?
Heç kim. Çünki Paşa Sığortada da bilmirlər və etiraf edirlər ki, problem var. Hər halda bu bir gün minlərlə vətəndaşın aldadıla biləcəyinə işarədir. Niyə sığorta şirkətləri ictimayyəyatə detallı və konkret məlumat vermirlər ki, vətəndaşlar aldanmasınlar...

Gundeminfo.az olaraq narazı və narahat vətəndaşımızın Paşa Sığorta ilə dialoqunu və “screen shoot”unu təqdim edirik.


- Hörmətli Müştəri, bizə müraciət etdiyiniz üçün təşəkkür edirik. Sizə necə yardım edə bilərik?

- Salam, Hörmətli Müştəri! Sizə necə kömək edə bilərik?

- Salam sizin şirkətdən mənə 10 gün öncə zəng oldu dedilər keçən il əməkdaşlıq
etdiyimiz sığorta agentlikləri ilə daha işləmirik - mən icbari sığorta almaq istəyirəm sizin adınızdan zəng edənləri necə tanıyım

- Hörmətli Müştəri, suallarınızın ətraflı cavablandırılması üçün Sizi müvafiq əməkdaşa yönəldirik. Sizin yazışma uğurla yönləndirilmişdir. Yazışma üzrə yeni bələdçiniz - Murad

- Salam, Hörmətli Müştəri! Zəhmət olmasa, avtomobilin Dövlət Qeydiyyat Nişanını (nömrəsini) qeyd edərdiniz.
- Mənim avtomobilimin nömrəsi sizin nəyinizə lazımdır? Suala cavab verin bilim ki siz kiminlə ötən ildən əməkdaşlığı davam etdirirsiniz kiminlə ləğv etmisiniz? Mənim icbari sığortamın vaxtına hələ 20 gün var - artıq 4 zəng gəlib heç biri də birbaşa sizin şirkətdən deyil

- Əgər zəng bizim şirkətdən tərəfindən gəlibsə, sığortanız qeydiyyata alınmış olmalıdır - və bu səbəbdən bizə avtomobilin nömrəsi lazımdır. Çünki bizim adımızdan istifadə edən şirkətlər çoxdur. Və müqavilənizi birabaşa olaraq Baş Ofis tərəfindən qeydiyyata ala bilərik.

- Davud MMC-dən sonuncu müraciət olub. İddia edirlər ki, Paşa Sığorta ilə tərəfdaşlıq müqavilələri qüvvədədir. Necə ola bilər ki, onlar sizin adınızdan istifadə edirlər. Sonunda mənə dövlət tərəfindən təsdiqlənən və Paşa Sığortanın olan icbari sığorta müqaviləsi təqdim ediləcək. Bu necə qanunsuz ola bilər? Siz konkretləşdirə bilərsiniz kimdir sığorta tərəfdaşlarınız və bizə bilgi verə bilərsiniz?

- Bu növ məlumatın verilməsi nəzərdə tutulmamışdır.

- O zaman niyə müştərilərinizə "bizim adımızdan istifadə edə bilərlər diqqətli olun" xəbərdarlığına dair zəng edirsiniz? Axı bu sizin bazarda etibarınıza ciddi ziyan vuru?

- Əgər Siz bu mənbədən əminsinizsə müqaviləni bağlaya bilərsiniz, Sizdə azad seçim var. Bir şirkət eyni vaxtda bir neçə aentlik, nümayəndəlik ilə müqavilə üzrə çalışa bilər.

- Necə əmin ola bilərəm - siz xəbərdarlıq etmisiniz - indi mən hardan bilim ki mənbə sizinlə həqiqətən əməkdaşlıq edir yoxsa yox?

- Müqavilə müddəti istənilən vaxt dayandırıla bilər, bu səbəbdən Siz müqaviləni Baş Ofis tərəfindən sifariş edə bilərsiniz.

- O zaman siz mənə cavab verin Davud MMC ilə müqavilə bağlaya bilərəm?

- Bəli, bizimlə əməkdaşlıq edirlər.

- Amma bu problem ciddidir - ictimayyətə açıqlanmasına ehtiyac var. Tutaq ki, biz bunu fərdi olaraq axtarıb tapdıq. Bunu axtara bilməyən minlərlə vətəndaş var. Onlar nə etsinlər? Hər an aldadıla bilərlər və tutaq ki, 3 aydan sonra sığorta hadisəsi baş verdikdə vətəndaşlar nə etsinlər? Onların sığorta müqaviləsdi saxta çıxarsa o zaman müqavilə dayandırılsa sığortaçıya dəyən ziyanı kim ödəyəcək? Ortada şirkətinizin menecmentinin idarə edilməsi və müştərilər arasında güvənin ciddi sarsılması tendensiyası var.

- Bu səbəbdən Siz müraciətiniz birbaşa Baş Ofisə yönləndirin, bizim əmkdaşlarımız Sizə yardımçı olacaq.


- Axı mənim kimi minlərlə vətəndaş var. Onların hamısı baş verənlərdən xəbərdar deyillər. Söhbət problemdən gedir - fərdi olaraq məndən getmir!

- Çox təəssüf ki, bu şirkətimizdən asılı bir məqam deyil.

- Biz bununla mübarizə aparmağa çalışırıq.

- Başqa sualınız varmı?

- Daha heç bir sualım yoxdu - çünki sualıma sizin yaratdığınız qeyri-müəyyənlikdən çıxış yolu olaraq heç bir cavab ala bilmədim. Cavablandırmağa çalışdığınız üçün təşəkkürlər!

CAVAB YOXDUR


Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə
Paşa Sığorta–da nə baş verir: müştərilər təşvişdə

Geri qayıt