Əsas Səhifə > Hadisə, Manşet > Fazil Məmmədov həftəsonu Bakıya dönür

Fazil Məmmədov həftəsonu Bakıya dönür


29-08-2018, 11:13
Fazil Məmmədov həftəsonu Bakıya dönür
DİA.AZ: - Sabiq vergilər naziri Fazil Məmmədovun bu həftənin sonlarında Azərbaycana qayıdacağı deyilir.Bu barədə DİA.AZ-a keçmiş VN şefinin yaxılarından informasiya daxil olub.

Xatırladaq ki, Türkiyədəki “American Hastahanesi”ndən evə buraxılan və buna baxmayaraq Azərbaycana dönməyən Fazil Məmmədov neçə müddətdir ki, İstanbuldakı “Çırağan Palace”da dincəlməkdədir.

Xatırladaq ki, Fazil Məmmədov vəzifədən kənarlaşdırılandan bir müddət sonra səhhətindəki problemlər kəskinləşib. Onu bu ilin iyununda Gəncə Beynəlxalq Hospitalına yerləşdirmişdilər. Tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

dia-az.life-a verilən məlumatda qeyd olunur ki, Fazil Məmmədov Azərbaycana döndükdən sonra da istirahətinə davam edəcək. Çünki səhhətindəki problemlər bunu zəruri edir.

Geri qayıt