Əsas Səhifə > Hadisə, Manşet > Nazir Mikayıl Cabbarovdur, qaydalar Fazil Məmmədovdan qalıb...

Nazir Mikayıl Cabbarovdur, qaydalar Fazil Məmmədovdan qalıb...


2-08-2018, 10:42
Nazir Mikayıl Cabbarovdur, qaydalar Fazil Məmmədovdan qalıb...
“2008 -ci ildən 2010-cu ilədək yaşadığım Zərdab rayonunda sahibkar kimi fəaliyyət göstərmişəm. Həmin dövrdə Göyçay şəhərində yerləşən 9 sayli Ərazi Vergilər İdarəsi tərəfindən 400 manat məbləğində cərimlənmişəm. Həmin cəriməni ödəməyimə və ödəniş haqda qəbzi 9 sayli Ərazi Vergilər İdarəsinə təqdim etməyimə baxmayaraq, iyulun 28-də xəstə övladımı Gürcüstana müalicəyə apararkən sərhəddən geri qaytarıldım.”

Bu sözləri Avropa.info-ya açıqlamasında Zərdab rayon sakini Vüqar Rəhimov deyib. Şikayətçi vergi əməkdaşlarının səhlənkarlığı ucbatından xəstə övladını müalicəyə apara bilmədiyini bildirib.

“2008 -ci ildən 2010-cu ilədək yaşadığım Zərdab rayonunda sahibkar kimi fəaliyyət göstərmişəm. Bu muddət ərzində vergi işciləri məni kassa aparatının işləmədiyinə görə 400 manat cərmə etmişdilər. 9 sayli Ərazi vergilər İdarəsi bu pulun ödənilməsi ücün məni Zərdab rayon məhkəməsinə verib və bu haqda mənə heç bir bildiriş gəlməyib. 2016 cı ilin fevral ayında mən Zərdab şəhərində Kapital bankın yerli şöbəsində cəriməni ödəyərək, qəbzini 9 sayli Ərazi Vergilər İdarəsinə təqdim etdim. İdarədə qeydiyyata aldılar və mənə bildirdilər ki, dövlətə borcun yoxdur. Bu hadisə 2016-cı ildə baş verib. 28.07 2018-ci ildə xəstə övladımı müalicə məqsədi ilə Gürcüstana apararkən sərhədçilər mənim vergi borcuma görə, Zərdab rayon məhkəməsinin qərarı ölkədən çıxa bilməyəcəyimi dedilər. Xəstə övladımla birgə məni qatardan yerə düşürdülər, 11 saat xəstə uşaqla sərhəddə qaldım. Bundan sonra bir maşın tapıb Ağstafaya, oradan başqa bir maşınla Ucara, daha sonra isə Zərdaba gəldim. Zərdab məhkəməsinə gedib, ölkədən çıxışıma nə üçün qadağa qoyulduğunu soruşdum. Məhkəmədən dövlətə vergi borcum olduğunu dedilər. Mən, vergi borcumu ödədiyim haqda sənədi təqdim etdim. Məhkəmədən dedilər ki, vergi borcunu ödəməyin haqda 9 sayli Ərazi vergilər İdarəsindən məktub gəlməli idi, lakin məktub göndərilməyib.

Bundan sonra, Göyçayda yerləşən 9 sayli Ərazi vergilər İdarəsinə gətdim və vergi borcumu 2016-cı ildə ödədiyimi nəzərlərinə çatdırdım. İdarədə borcumu ödədiyimi, işçilərin səhlənkarlığı nəticəsində məhkəməyə məktub göndərilmədiyini etiraf etdilər. Mən də etiraz etdim ki, hansısa məmurun səhlənkarlığı nəticəsində niyə mənim övladım müalicəyə gedə bilməsin və yaxud da niyə mənə maddi və mənəvi ziyan dəysin? Mən, Vergilər Nazirliyindən həmin səhlənkar məmurların cəzalandırılmasını xahiş edirəm” – Vüqar Rəhimov belə deyib.

Geri qayıt