Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > "Azəriqaz"ın özbaşınalığı:

"Azəriqaz"ın özbaşınalığı:


28-07-2018, 15:56
"Azəriqaz"ın özbaşınalığı:
“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri, Dilarə Əliyeva küçəsində qazıntı işlərinə başlayıb.

Qazıntı işləri ilə şəhər yollarında tez-tez rastlaşırıq. Bu tip məsələlər artıq adi hal alıb. Ancaq bu cür işlərə başlamazdan əvvəl əhaliyə xəbərdarlıq edilməli, eyni zamanda şəhər nəqliyyatına cavabdehlik daşıyan dövlət qurumundan icazə alınmalıdır. Bundan əlavə məsələ dövlət başçısının müvafiq fərmanları ilə də təsdiqini tapmalıdır.

Yenicag.az-ın əməkdaşı Dilarə Əliyeva küçəsində qazıntı işlərinə başlanması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib və məlum oldu ki, “Azəriqaz” İstehsalat Birliyindən Bakı Nəqliyyat Agentliyinə hər hansı bir müraciət daxil olmayıb. Demək “Azəriqaz” İstehsalat Birliyi dövlət başçısının imzaladığı fərmanların tələbinə əməl etməkdən boyun qaçırır. Digər bir məqam icazəsiz aparılan qazıntı işləri nəticəsində bir neçə ay bundan əvvəl fiziki imkanları məhdud insanların rahatlığı üçün dövlət büdcəsi hesabına quraşdırılan panduslar da yarasız hala salınıb.

“Azəriqaz” İstehsalat Birliyinə qısa xatırlatma:

“Bakı Nəqliyyat Agentliyinin dövlət başçısının 2 aprel 2018 tarixli fərmanı ilə təsdiq edilmiş nizamnaməsinə əsasən yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına razılıq məhz bu qurum tərəfindən verilir. Dövlət başçısının eyni tarixdə imzaladığı Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanın 10-cu bəndində də açıq şəkildə göstərilir ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat versinlər”.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının yekunlarına həsr edilən iclasında isə dövlət başçısı İlham Əliyev də qəti şəkildə bildirdi ki, “Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir”.

Geri qayıt