Əsas Səhifə > Hadisə, Manşet > Sədərək gömrüyündə ÖZBAŞINALIQ
Sədərək gömrüyündə ÖZBAŞINALIQ4-07-2018, 11:09 |
Teref.info olaraq şəxsi maşınında Bakı-Naxçıvan-Türkiyə marşurutu ilə turist gəzintisinə çıxan sosial şəbəkə istifadəçisi Əhməd Nəsibovun şikayətini sizə təqdim edirik. Əhməd bəy yazır: İndiki səyahət sərgüzəştlərimdən fraqmentlər - Naxçıvan. Naxçıvanlıların nabələd qonağa doğmalıq münasibəti bizi çox məmnun etdi. Heyif ki, Bakı-Naxçıvan-Türkiyə səyahətçisi kimi, Naxçıvan məmurların icad etdiyi qəribə özəl qaydalar bizi məyus etdi: 1. Sədərək gömrüyündə “Sürətli keçid” pul mənbəyi yaradıblar. 40 dərəcə istidə, kim könüllü 10 AzN ödəməyi razılaşırsa əvvəl növbədə o maşınları irəli buraxırlar. 2. Sən demə Naxçıvan xanəndanlığı qardaş ölkəyə keçən hər bir maşına görə 20-80 AzN ödəməyə məcbur edirlər. Gömrük məmurları ilə olan dialoq. - Niyə növbədən kənar maşınları buraxırsınız? - Onlar “Sürətli keçid xidməti” üçün 10 AzN ödəməyə razlaşıblar. - Bu istidə bizim hesabımıza pul qazanırsınız? - Xoşun gəlmir dayanmaqdan, 10 AzN ödə keç. - Yaxşı, 20 AzN niyə ödəməliyəm? - Ona görə ki, birinci dəfədir keçirsən. Təkrar olsa 40; 60; 80 AzN ödüyəkdin. - Bu hansı qanundadır? - 93-cü il qərarı ilə bu vəsaiti Naxçıvanın abadlığı üçün yığılır. - 1893-cü ildə? - Yox 1993-cü ildə. - Naxçıvan maşınları, SDK, Sınıq körpü, Astara, Biləsuvar, sərhədindən keçəndə abadlıq pulu ödəyirlər? - Bilmirik. Mənə təsir edən ən ağırlı dialoq Tükiyə sərhədində çıxanda sonuncu məmurla oldu. - Yolçuluğunuz hara? - Naxçıvanı araba ilə seyahet yapdıq. Şimdi Türkiyəni gəzərim. - Naxçıvana bundan sonra, tovba! Eləmi? - deyib güldü. - Siz nereden bildiniz? - Naxçıvandan çox yabançı yolçular gördüm. Mən də düz söz dediyinə görə hirsimdən güldüm. Geri qayıt |