Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > “AGBank”ın QARA GÜNLƏRİ

“AGBank”ın QARA GÜNLƏRİ


25-06-2018, 15:09
“AGBank”ın QARA GÜNLƏRİ
"AGBank” ASC nizamnamə kapitalını artırmaq üçün satışa çıxardığı səhmlərin böyük hissəsini sata bilməyib.

AZXEBER.COM -un əldə etdiyi məlumata görə, bank kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 3,5 milyon ədəd yeni səhm buraxıb. Səhmlərə abunə yazılışı bu il fevralın 26-dan mayın 26-na qədər "Unicapital İnvestisiya Şirkəti”nin vasitəçiliyi ilə həyata keçirilib. Amma Bank 7 milyon manatlıq səhmlərin 82 %-ni sata bilməyib.

Başqa sözlə, yeni səhmlərin 1,2 milyon manatlıq hissəsi və yaxud 17,1%-i alınıb. Bu isə o deməkdir ki, "AGBank” nizamnamə kapitalını istədiyi həcmdə artıra bilməyib.

Maliyyə bazarı üzrə ekspertlər bildirirlər ki, kapital artımının böyük həcmdə baş tutmamasının əsas səbəbi xaricdən investor cəlb edilməməsi, daxildən isə Bankın səhmdarlarının buna maraq göstərməməsi olub. Bankın öhdəlikləri çox olduğu üçün risk etmək istəyən olmayıb: "Cəmi 1-2 səhmdar iştirak edib”.

Bununla belə ekspertlər hesab edir ki, bank pul cəlb etmək üçün çıxış yolu olaraq imtiyazlı səhmlər və veksel buraxa bilər: "7-8 milyon manatlıq investor var. Amma onlar səhmdar olmaq istəmir, borc şəklində bunu edə bilərlər”.

Geri qayıt