Əsas Səhifə > Hadisə, Manşet > Süleyman Mikayılov təkcə vəzifəsini itirməyəcək...
Süleyman Mikayılov təkcə vəzifəsini itirməyəcək...18-06-2018, 11:24 |
DİA.AZ: - Qaradağın ucra başçısı Süleyman Mikayılovun qara günləri davam edir. Belə ki, keçən həftə Bakı rayonlarının icra başçılarının müşavirəsinin keçirildiyi, bu müşavirədə isə barəsində ən çox narazılıqlar olan RİH rəhbərlərinə xəbərdarlıq edildiyi bildirildi. Onların sırasında isə Süleyman Mikayılovun da adı var idi. Bunları xatırladan məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Süleyman Mikayılov təkmə vəzifəsini itirməyəcək, o həm də həbs təhlükəsi ilə üz-üzədir. Mənbənin söylədikləri: "Bu gün Qaradağ rayonunun əkinə yararlı torpaq sahələrinin əhəmiyyətli hissəsi məhz Süleyman Mikayılov tərəfindən xırıd edilib. Süleyman Mikayılovun adı büdcə yeyintisi qalmaqalında da hallanmaqdadır. Eyni zamanda Qaradağa ayrılan büdcə vəsaitlərinin mənimsənilməsi işi bağlı da başçının durumu qənaətbəxş deyil. Oaralel olaraq rayon ərazisindəki daş karxanaları məsələsində də Süleyman Mikayılova qarşı konkret ittihamlar var. Yəni bütün bu istiqamətlər üzrə başçıya qarşı hərəkətə keçilə bilər. Bunu yaxşı anlayan Süleyman Mikayılov yenə də Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova sığnıb situasiyadan çıxmağa çalışır. Amma alınmayacaq. Şünki FHN şefinin özü gərgin anlarını yaşayır və ona belə bir şəraitdə bir başqasını da müdafiə etmək olduqca ağırdır". Mənbə iddia edir ki, Mikayılovun istəklərinə baxmayaraq, onunla bağlı hüquqi araşdırmaların aparılacağı gözləniləndir. Mənbə dia-az.life-a bildirir: "Bununla bağlı konkret siyasi qərar yaxın vaxtlarda veriləcək. Proses buna doğru gedir". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Geri qayıt |