Əsas Səhifə > Hadisə, Manşet > İbrahimbəyov sizin zəifliyinizdən istifadə edir
İbrahimbəyov sizin zəifliyinizdən istifadə edir26-05-2018, 11:44 |
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmini izləmək məcburiyyətində qaldım. Və belə qərara gəldim ki, hələ Rüstəm İbrahimbəyov layiq olduğundan daha az tənqid edilib. Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev qeyd edib. Onun sözlərinə görə, filmin bir neçə yerində millətimiz rəsmən aşağılanıb, qəddar göstərilib, bunun əvəzinə ermənilər müsbət obrazda verilib: “Bunu başqa millətin ssenaristi qələmə alsaydı, deyərdik ki, erməni lobbisinin pulu ilə filmi çəkib. Bu işin başında özünü azərbaycanlı adlandıran birisinin dayanmasınin isə bir adı var: Satqınlıq və xəyanət! Ona görə mən də Rüstəm İbrahimbəyovun keçmişdə aldığı bütün titullardan məhrum edilməsi fikrinə şərikəm. Öz millətini aşağılayan Azərbaycanın xalq yazışısı ola bilməz! O, illərlə bu titullardan və fəxri adlardan öz məqsədləri üçün istifadə etdi, varidat topladı, tanındı və indi də əldə etdiyi imkanlardan bizə qarşı istifadə edir”. Millət vəkili bildirib ki, Rüstəm İbrahimbəyovu şəxsi incikliyi satqınlığa və xəyanətə sürükləyib: “Adamın çoxsaylı mülklərindən və torpaq sahələrindən biri qanunla əlindən alındıqda rəsmən müxalifətə keçdi. Hakimiyyətə müxalif olanlarla işimiz yoxdur, ancaq dövlətə və millətə müxalifliyin bir adı var…” Adil Əliyevin sözlərinə görə, Rüstəm İbrahimbəyov xaricdəki məşhur söyüşçül qrupdan daha təhlükəlidir. Çünki həmin söyüşçül qrup sosial şəbəklərlə dövlətini, millətini və prezidentini təhqir edərkən onları özləri kimiləri izləyir, sığınacaq tapdığı ölkələrdə onlar kimsəyə lazım deyil, tanıyan da yoxdur. Bu qrupdan fərqli olaraq Rüstəm İbrahimbəyov tanınmış ssenaristdir, kino sənətində filmləri izlənir və sayları da çoxdur. Demək belə birisinin dövlətə və millətə satqınlığı bizə daha böyük zərbədir. Millət vəkili 2015-ci ildə çəkilən filmin 3 il ərzində Azərbaycan əleyhinə xeyli qara piar apardığını da xatırladıb və buna görə əlaqədar qurumları suçlayıb: “Azərbaycanın mədəniyyət və kino sahəsinə cavabdeh olan dövlət qurumları hara baxıblar, nədən bu iyrənc filmə qarşı ilk gündən etirazlarını bildirməyiblər? Heç olmazsa, bu iyrənc filmə cavab olaraq siz də xalqımız haqqında olanı göstərən keyfiyyətli film ərsəyə gətirin. Rüstəm İbrahimbəyov məhz sizin də zəifliyinizdən istifadə edərək dövlətimizə və millətimizə zərbə endirir. Sizin maliyyələşdirəcəyiniz və yüksək peşəkarlıqla hazırlayacağınız film təxribabatçıya və xəyanətkara layiqli cavab olar! Yetər ki, hərəkət edin!” Geri qayıt |