Əsas Səhifə > Hadisə, Manşet > Gəncə Dövlət Universitetində Saxta veteranın vəzifə saxtakarlığı
Gəncə Dövlət Universitetində Saxta veteranın vəzifə saxtakarlığı17-05-2018, 08:59 |
DİA.AZ: - Redaksiyamıza Gəncə Dövlət Universitetinin Tarix –coğrafiya fakültəsinin dekanı Həsənov Urfan Davud oğlu ilə bağlı ittihamların yer aldığı bir müraciət ünvanlanıb. DİA.AZ həmin müraciəti təqdim edir: "Veteran kimlərə deyilir və bu status kimlərə verilir? Əvvəlcə bu sualı aydınlaşdırmaq lazımdır sonra mətləbə keçək. Qeyd etməliyəm ki, veteran adı vətən uğrundan gedən döyüşlərdə ölümü gözü qarşısına alıb həyatı bahasına vuruşan igid el oğludur, vətən oğludur. Ancaq elələri də vardır ki, onlar heç cəbhə görmədən veteran kartını alıb qoyub cibinə və hər yerdə özünü şişirdir. Saxta yolla aldığı veteran kitabçasının hesabına çox böyük işlər görüb və görməkdədir. Belə “saxta veteranlar” həqiqi veteranların haqqını yeməklə həm xalqına, həm də dövlətinə qarşı cinayət edir. Belə “saxta veteran”lardan biri və birincisi Gəncə Dövlət universitetinin Tarix –coğrafiya fakültəsinin dekanı Həsənov Urfan Davud oğludur. Onun saxta veteranlığı kimi bütün işləri də saxtadır. Görəsən Müdafiə Nazirliyi və Təhsil Nazirliyi hara baxırlar? Saxta veteran sənədi ilə saxta dekanlıq edən Urfan Həsənov tələbələrdə saxta münasibətlər formalaşdırır və saxta sənədlər düzəltməklə tələbələrin haqlarını yeyir. Deyir ki, kim nə bilir mən necə iş görürəm. Saxta veteranın veteranlığını Müdafiə nazirliyi niyə yoxlamır? Çünki, onun saxta veteranlığı bir virus kimi cəmiyyəti zəhərləyir. Danışıqları ilə hamını inandırıb pullarını mənimsəyir. Bütün tələbələrin aldadaraq pulunu yeyib. Dövlət hesabına oxuyan tələbələrin təqaüdünü rüşvət aldığı zəif oxuyan tələbələrə satır. Bu faktı sənədləri yoxlamaqla aşkara çıxartmaq olar. Xalqın balalrının qanını sömürür zəli kimi. Tələbələrdən pul alaraq imtahan suallarını satır. Öz rəhbərini belə aldadır. Saxta veteranla bağlı hələ vaxtilə tədqiqat işi də aparılmışdı polisdə. Rüşvət verib canını qurtarıb. Urfanın həyatı başdan ayağa saxtadır. Saxta veteran Urfan Həsənovla gələn dəfə çox maraqlı faktları açacıyıq. İnanıram ki, yoxlanılandan sonra faktların doğruluğu sübut olunub saxta veteran layiqli cəcasını alacaq". dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |