Əsas Səhifə > Hadisə, Manşet > "Yenə də xəbər edəcəklərini deyib yola verdilər"
"Yenə də xəbər edəcəklərini deyib yola verdilər"14-05-2018, 09:27 |
“Kontakt Home” mağazalar şəbəkəsində reklam fırıldaqları ilə istehlakçıları aldatmaqda davam edir. “Faizsiz kreditlər”, “onlayn satış” və s. kimi aldadıcı reklamlarla alıcı cəlb etməyə çalışan “Kontakt Home” bununla da istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Növbəti belə halla rastlaşan alıcılardan biri müraciət edərək necə aldadıldığını, get-gələ salındığını danışıb. Belə ki, “Kontakt Home”un saytında göstərilən kondisioneri, onların təklif etdiyi şərtlərlə almaq istəyən alıcı gözləmədiyi cavablar alıb. Məlumat üçün bildirək ki, müştərinin almaq istədiyi məhsulun (Kondisioner Mitsubishi Electric HJ 60VA 17060 BTU (410 FR)) nağd satış qiyməti kontakt.az saytında 2199 manat olaraq göstərilir. 3-6 aylıq kredit şərtlərinə görə kondisioner fazisiz olaraq satılır. 12-18 aylıq kredit şərtlərinə görə isə ilkin ödəniş və faiz tələb olunur. Alıcı deyir ki, 18 aylıq kredit şərti ilə qeyd edilən məhsulu almaq üçün əvvəlcə “Kontakt Home” mağazalar şəbəkəsinə zəng edib: “İlkin ödəniş olaraq 660 manat tələb olunur. 18 ay ərzində isə 96 manat ödəniş etməlisən. Bu isə kondisionerin nağd qiymətindən 189 manat bahadır. Bu qiymətlə razılaşıb “Kontakt Home”un mağazasına getdim. 3 saat növbə gözlədim. Növbəm çatanda məhsulun adını və almaq istədiyim şərtləri dedim. Bir az keçəndən sonra cavab verdilər ki, bu şərtlərlə kredit verilmir. Saytdakı elanı xatırladan da isə dedilər ki, orada səhv yazılıb. Daha sonra isə dedilər ki, bu şərtlərlə yalnız onlayn sifariş mümkündür. Təbii ki, bu dedikləri sadəcə olaraq müştərini yola vermək üçün idi. Nə fərqi var, mağazadan aldım, ya da onlayn sifariş verdim? Amma yenə də onlayn olaraq da sifariş ərizəsini doldurub göndərdim”. Onlayn sifariş ərizəsi göndərən alıcıya verilən növbəti cavab da maraqlı olub. Sifarişdən sonra “Kontakt Home”dan edilən zənglə alıcıya bildirilib ki, sifarişlə bağlı müraciətiniz çatıb, lakin bu şərtlərlə məhsul satmaq üçün gərək rəhbərliklə məsləhətləşmə aparılsın: “Mən gözlədim, amma zəng etmədilər. Daha sonra özüm yenidən zəng edib nəticəni soruşdum. Yenə də xəbər edəcəklərini deyib yola verdilər”. Alıcı deyir ki, bir gün vaxt sərf etsə də, “Kontakt Home”dan ona heç bir normal cavab verilməyib, əksinə, mağazaya yollanan müştərinin onların təklif etdiyi başqa təkliflərlə razılaşmasını gözləyiblər: “Onlar düşündülər ki, mən artıq mağazaya getmişəmsə, dedikləri şərtlərlə razılaşacam. Onların hesabladığı məbləğlə mən aylıq 110 manatdan çox ödəniş etməli idim. Bu isə nağd qimətdən 400-450 manat artıq deməkdir. Faizi yüksək almaqla bərabər alıcıları aldatmaqdan da çəkinmirlər. Əsas məqsədləri müştərini aldadıb mağazaya gətirməkdir. Orada da aldadıb malı satmağı düşünürlər”. “Kontakt Home”un kredit şərtlərindəki fırıldaqları ilə bağlı diqqətimizi çəkən bir məqam da oldu. Kontakt.az saytına nəzər yetirərkən gördüyümüz ilk məhsul olan və xüsusi təkliflə alıcılara təklif olunan “HTC One M8 S” markalı telefonun qiyməti diqqətimizi çəkdi. Telefonun satış qimyəti nağd olaraq 599 manat göstərilir. 12 aylıq ödənişlə, faizsiz kreditlə satıldığı elan olunan telefonu almaq üçün ilkin ödəniş olaraq 120 manat tələb olunur. Aylıq ödəniş isə 49 manat göstərilir. Bu isə ümumilikdə 708 manat, telefonun nağd satış qiymətindən 109 manat bahadır. Bəs bu 109 manat faiz deyilsə nədir? Bunun izahı isə saytda belə göstərilir: “Malın nisyə qiymətinə xidmət haqqı dəyəri daxildir”. Yəni, xidmət haqqı olaraq 109 manat müştəridən pul alınır. Hələ bunun faizlə ödənişi olsaydı…(gunxeber.info) Geri qayıt |