Əsas Səhifə > Hadisə, Manşet > "Azərişıq" Qaradağ sakininin qəsdinə durub?

"Azərişıq" Qaradağ sakininin qəsdinə durub?


1-05-2018, 09:55
"Azərişıq" Qaradağ sakininin qəsdinə durub?
DİA.AZ: - Keçən günlərdə Qaradağ rayonu, Aşağı Güzdək kəndində yaşayan Mirzəməmmədov Telman Heybət oğlunun şikayət məktubunu təqdim etmişdik: (http://www.dia-az.life/9/175434-azerishiq-yene-de-naraziliq-yaradir.html)

Qeyd edək ki, narazı vətəndaş yenidən DİA.AZ-a başına gələnlərlə bağlı məlumat yollayıb. Onun iddia etdiklərini olduğu kimi təqdim edirik:

"Bu gün mənimlə "Azərişıq" ın yerli nümayəndələri gəlib görüşdülər. Və qeyd etdilər ki, sənin sayğacına laboratoriyada baxılıb və akt tərtib olunub ki, sayğaca müdaxilə edilib. Nə qədər başa salmağa çalışsam da ki, axı müdaxilə etmək üçün bir məntiqi əsasım yoxdur.Hər ay nümunəvi abonent borcumu vaxtı vaxtında ödəmişəm. Və kənd üzrə yeganə şəxsəm ki, nizamlı olaraq bütün kommunal borcları vaxtında ödəmişəm. İndi niyə görə sayğacın şüşəsinin yerə düşməsi müdaxilə sayılır? Axı bu mexaniki sayğac deyil ki, əlimlə çarxı geri fırladım. Elektron göstəriciyə necə müdaxilə etmək olar? Və mümkündürmü ? Bunlar hamısı bəhanədir. Axı mən demişdim ki, laboratoriyaya məni də dəvət edin iştirak edim. Dedilər yox. sənə yazılan 600 azn cəriməni ödəməlisən. Mən tələb edirəm ki, yenidən müstəqil ekspert mənim sayğacımla bağlı rəy versin. Ekspert xərcini də özüm ödəməyə hazıram. Xahiş edirəm, yığışdırın bazarı. Belə soyğunçuluqla dövləti pis günə qoymaq olmaz!
Hörmətlə, Telman Mirzəməmmədov. 30.04.2018"

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt