Əsas Səhifə > Hadisə, Manşet > Səfər Əbiyevin adamının büdcədən oğurladığı pullar eyş-işrətə xərclənir

Səfər Əbiyevin adamının büdcədən oğurladığı pullar eyş-işrətə xərclənir


29-03-2018, 10:05
Səfər Əbiyevin adamının büdcədən oğurladığı pullar eyş-işrətə xərclənir
DİA.AZ: - Bir neçə ay əvvəl yerli KİV-də "Azərbaycanlı oliqarx balaları Dubayda: “Yerazıq, yerlibazıq” – VİDEO" başlıqlı məqalə yer aldı. Məqalədə deyilirdi ki, Azərbaycanlı gənclər lüks həyatlarını bu dəfə də Dubayda nümayiş etdiriblər: "A24.Az xəbər verir ki, VİP yaxtada gəzintiyə çıxan gənclər “Yerazıq, yerlibazıq” mahnısını çaldırıb, həmin musiqi sədaları altında rəqs ediblər. Kifayət qədər əylənən 20-25 yaşlı gənclər həmin anları videoya da çəkiblər".

Səfər Əbiyevin adamının büdcədən oğurladığı pullar eyş-işrətə xərclənir

DİA.AZ xatırladır ki, amma məqalədə həmin oliqarx balalarının kimliyi barədə heç bir informasiya verilməmişdi. Və bu günlərdə başlatdığımız araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxıb. Sən demə, həmin məşhur videodakı oliqarx övladlarından biri neçə gündür barəsində ilginc faktları diqqətinizə təqdim etdiyimiz - MÜdafiə Nazirliyinin maliyyə idarəsinin sabiq şöbə müdiri, polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlunun övladı Abbasəliyev Yunis Natiq oğludur.



Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, ümumiyyətlə, harın həyatı yaşayan bu şəxsin başqa "ilginc görüntüləri" də var ki, bu faktlar da ictimailəşərsə, zamanında Səfər Əbiyevin Müdafiə Naziri kimi çalışdığı dönəmi rahatlıqla xarakterizə etmək olar. Yəni aydın olar ki, dövlətin orduya ayırdığı pulları kimlər və necə dədə malı kimi mənimsəyiblər və bu gün əsgərlərimizdən oğurlanan pullar hansı formada eyş-işrət məclislərinin təşkilinə sərf edilir.

Səfər Əbiyevin adamının büdcədən oğurladığı pullar eyş-işrətə xərclənir

Xatırladaq ki, bu videoda kef edən gəncin əmisi - Abbasəliyev Namiq Yunis oğlu müxalifətin 10 Mart mitinqində özünü haqqı tapdanan sahibkar kimi təqdim edərək "gömrükdəki özbaşınalıqlardan" şikayət edir, hakimiyyətin ünvanına ağır ittihamlar səsləndirir, xalqı hakimiyyətə qarşı ayaqlanmağa səsləyirdi.

Səfər Əbiyevin adamının büdcədən oğurladığı pullar eyş-işrətə xərclənir

İndi hər bir oxucumuz özü nəticə çıxarda bilər: BELƏ ƏZABKEŞ DURUMU HARDA VAR? Yəni bu adamınmı haqqı tapdanır? Adamın qardaşı oğlu ordudan, binəva əsgərlərdən oğurlanan pullar hesabına Dubayda özünə kef məclisi təşkil etmək iqtidarındadırsa, icazə verin, "əzabkeşlik" anlayışı ilə bağlı müəyyən tərəddüdlərə düşək.





Bəli, dəyərli oxucular, keçən yazılarımızda da vurğuladıq ki, bu gün Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı başladılan çirkin kampaniyanın arxasında təkcə xarici qüvvələr dayanmırlar, həm də zamanında hakimiyyətdə təmsil olunmuş, sonradan isə çıxdaş edilmişlər də köhnələrdə olduğu kimi qazanc əldə edə bilmədiklərindən ölkədə çaxnaşma salınmasında maraqlı tərəfə və hətta aktiv iştirakçıya çevriliblər.

Bunu da sübutlayan yetərincə faktlar var ki, növbəti yazılarımızda.

ANONS

- Səfər Əbiyevin dövründəki BÖYÜK YEYİNTİnin izi ilə...
- Keçmiş MN yetkilisinin qardaşı ayda 2 dəfə Almaniyaya niyə səfər edir?
- 10 Mart mitinqində fəal iştirak edən məlum şəxslə bağlı ilginc faktlar
- Və daha nələr...

Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt