Əsas Səhifə > Hadisə, Manşet > Ağcabədidə Azərbaycan dövləti necə qarət olunur...
Ağcabədidə Azərbaycan dövləti necə qarət olunur...16-03-2018, 10:45 |
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında tikilən Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkəti "Polat Yol Yapı” şirkəti Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsi ilə bağlı ölkə mediasında bir neçə dəfə məlumat yayımlanmasına baxmayaraq aidiyyatı qurumlar müəmmalı olaraq susur. Ağcabədi rayon sakinlərinin AzFakt.com- a verdikləri məlumatda bildirilir ki, rayon icra başçısı Şahin Məmmədov və digər cavabdeh qurumlarla gizli anlaşan “Polat Yol Yapı” şirkəti Qarqar çayının yatağındakı çınqıl və qum materiallarını talamaqla məşğuldur. Rayon sakinlərinin iddiasına görə Ağcabədi rayonunda “Polat Yol Yapı” şirkətinnin qanunsuz qum, çınqıl işinə Mahir adlı şəxs rəhbərlik edir. Mingəçevir-Bəhrəmtəpə yolunun tikintisini davam etdirən "Polat Yol Yapı” şirkəti, tikinti üçün istifadə edilən qum, çınqıl matrellarının bir hissəsini məhz Qarqar çayından daşımaqla həll edir. Ancaq şirkətin Qarqar çayının ətrafında talan etdiyi ərazi ilə bağlı hər hansı bir sənədləşmə mövcud deyil. Sadəcə olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla anlaşan şirkət rahat şəkildə dövlətin yeralltı sərvətini talayır. Azərbaycan qanunlara görə yeraltı təbii sərvətlərin istismarı yuxarıda qeyd etdiyimiz nazirliyin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Fövqalədə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülür. Bundan sonra icazə əsasında təyin edilmiş ərazidən qum, çınqıl matreallarının daşınması olar. Amma "Polat Yol Yapı” şirkətinin qum, çınqıl işlərinə nəzarət edən Mahir adlı şəxs üçün əsas qanun Ağcabədi icra başçısı Şahin Məmmədova və cavabdeh qurumlara verdiyi rüşvətdir. Qeyd edək ki, bir müddət öncə Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bəzi şirkətlərin çay yataqlarında qanunsuz qum, çınqıl daşımaları barədə çıxış etmişdi. Deputat çıxışında bildirmişdi ki, çayların özəl sahibi yoxdur: "İndi Misir dövrü deyil ki, kimsə çayı hissə-hissə bölüb fironluq etsin". Millət vəkili qeyd etmişdi ki, “Hökumət tərəfindən ciddi hesabatlar hazırlanıb. Fövqəladə Hallar Nazirliyi bu məsələyə ciddi dirəniş göstərir. Görünür, ayrı-ayrı qüvvələr özünü toxunulmaz hiss edir. Milli Məclisdə bununla bağlı məsələyə baxmaq lazımdır”. Görünür ki, millət vəkili Zahid Orucun dediyi kimi "Polat Yol Yapı” şirkəti də özünü toxunulmaz qüvvə hesab edərək dövlətin yeraltı sərvətini qanunsuz şəkildə talamaqla qazanclı çıxmaq istəyir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq Geri qayıt |