Əsas Səhifə > Hadisə, Manşet > 5 rayonun icra başçısı yola salınır
5 rayonun icra başçısı yola salınır6-03-2018, 11:13 |
DİA.AZ: - Yaxın vaxtlarda 5 rayonun icra hakimiyyətlərinin başçısı postlarında dəyişiklik baş tutacaq. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan informasiya daxil olub. Xəbəri verən mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, rəhbər dəyişikliyi gözlənilən rayonlar aşağıdakılardır: 1. Binəqədi; 2. Gədəbəy; 3. Şəmkir; 4. Qazax; 5. Biləsuvar. Siyahıdan da göründüyü kimi, rəhbər dəyişikliyi gözlənilən RİH-lərin əksəriyyətinə keçmiş Vergilər Nazirliyi Fazil Məmmədova yaxın fiqurlar rəhbərlik edir. Bu isə "təmizləmə" əməliyyatının əslində məmmədovçulara şamil olunduğunu təsdiqləyir. Mənbə dia-az.life-a onu da bildirib ki, seçkilərə qədər baş tutacaq dəyişiklik prosesində, ümumi olaraq 20-yə yaxın RİH başçısının görəvdən birdəfəlik alınması nəzərdə tutulur: "Yalnız bəziləri təkrarən vəzifəyə təyin olunacaqlar". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |