Əsas Səhifə > Hadisə, Manşet > "Kimsə özünü hansısa binanın üstündən atası deyil..."
"Kimsə özünü hansısa binanın üstündən atası deyil..."5-03-2018, 09:09 |
Fevralın 25-də Moderator.az-a müraciət etmiş yüzlərlə şikayətçinin fəryadına biganə qalmayaraq ""Əsrin fırıldağı" ilə üzləşmiş yüzlərlə zərərçəkmişdən ölkə rəhbərliyinə ŞOK MÜRACİƏT" başlıqlı materialı oxuculara təqdim etmişdik. Həmin yazını bu linkdən oxumaq olar: moderator.az/news/214648.html Qeyd edək ki, şikayətçilər bu müraciətdən sonra da müvafiq qurumların susqunluğundan hiddətlənərək yenidən həftənin 4-cü günü Prezident Administarasiyasının qarşısına toplaşıblar. Orada onların nümayəındələrini qəbul edən məmur problemin həlli ilə ciddi məşğul olduqlarını və xeyli iş görüldüyünü bildiriblər. Şikayətçilər görüş sonrası saytımızla əlaqə saxlayaraq bunları bildiriblər: "Biz həftənin 4 cü günü yenidən Prezident Aparatına (PA) gedərək hüquq şöbəsinin əməkdaşı Fərid müəllimlə görüşdük. Qeyd edim ki, PA-da “Birlik-İnşaat” MTK-dan şikayətçi kimi məni, “Hasil-MTK”dansa iki nəfəri qəbul etdilər. Mən ondan tələb etdim ki, qəbulunuzda olduğumuzdan bir aydan çox vaxt keçib və bu müddət ərzində hansı adddımların atıldığı ilə bağlı bizə məlumat versin. O da bildirdi ki, çox ciddi şəkildə çalışırıq və bu işdə xeyli irəliləmişik. Amma bu irəliləyişin nədən ibarət olduğu ilə bağlı ağılabatan bir cavab öyrənə də bilmədik. Orada “Birlik-İnşaat” MTK - nın çoxsaylı şikayətçiləri olaraq biz Fərid müəllimə bildirdik ki, bu cür saymazyana davranışlarla barışmayacağıq və pozulmuş hüquqlarımızın bərpası üçün nə lazımdırsa edəcəyik. Ona bildirdik ki, tələblərimiz yerinə yetirilməyəcəyi halda etiraz əlaməti olaraq yüzlərlə zərərçəkmişin atacağı addımların da nədən ibarət olacağını da yazılı şəkildə təqdim edəcəyik. Biz aprelin 5-dək tələblərimiz yerinə yetirilməyəcəyi təqdirdə atacağımız addımlarla bağlı şifahi olaraq da Fərid müəllimi məlumatlandırdıq. Biz seçki məntəqələrinin qarşısına gedərək əlimizdə prezidentimiz, yeganə namizədimiz İlham Əliyevin plakatlarını tutaraq yalnız ondan kömək istədiyimizi, yalnız ona etibar etdiyimizi bəyan edəcəyik və bizi məmur özbaşınalığından qurtarması üçün təxirəsalınmaz tədbirlər görməsini nümayişkaranə şəkildə xahiş edəcəyik. Biz əminik ki, nə Preziddent İlham Əliyevin, nə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın başımıza gətirilən bu müsibətdən xəbərləri yoxdur. Ona görə də davamlı kütləvi aksiyalarla fəryadımızın onlara çatdırılmasına çalışacağıq. Biz qəpik-quruşa görə nə gedib PA qarşısında özümüzü yandırası deyilik, nə də kimsə özünü hansısa binanın üstündən atası deyil. Çünki bizdən oğurlanan pullar nə qədər bizləri incitdsə də heç kimin canından artıq deyil ki, buna görə kimsə özünə hansısa formada qəsd edə. Yeganə istəyimiz dövlətin ali rəhbərlərinin başımıza açılan oyunlardan xəbər tutmasıdır. Bundan sonra onlkarın bircə dəfə barmaq silkələməsi 10 ildən artıq Qordi düyününə çevrilmiş bu problemin çözüləcəyinə kjifayət edəcək. Geri qayıt |