Əsas Səhifə > Hadisə, Manşet > Beyləqanın icra başçısı ilə bağlı şok iddialar
Beyləqanın icra başçısı ilə bağlı şok iddialar2-03-2018, 09:22 |
"Siz istəsəniz təsadüfi bir gün və vaxt seçməklə Beyləqan rayon İcra Hakimiyyətinə baş çəkərək dediklərimizin gerçək olduğuna şahid ola bilərsiniz". Belə bir iddianı AFN-in redaksiyasına müraciət edən rayon sakinləri irəli sürüblər: "Bilmirik icra başçısı Vaqif Abdullayev müavini Telman Məstanovdan qorxduğu üçünmü, yoxsa eyş-işrətindən qalmaq istəmədiyi üçünmü külli-ixtiyarı verib müavinə. O da ki, kefi istəyəni edir, başçı isə hər gün kef məclislərindədir. Rayonda onlarla xırda məmur var ki, Telman Məstanov pul alaraq layiq olmadığı vəzifəyə gətirib. Onlardan biri də rayon Yaşıllaşdırma İdarəsinin müdiri Əliyar Həsənovdur. O, həmin vəzifədə saxta diplomla oturur. İrca Hakimiyyətinin özündə xeyli sayda vəzifə tutan məmur var ki, nə savadı var, nə düz-əməlli diplomu, nə də dövlətə, millətə sevgisi. Prezident seçkisi öncəsi Beyləqanda xaosdur desək, yanılmarıq. Hətta belə həssas dönəmdə də biz Vaqif Abdullayevi yerində tapa bilmirik. Bu vəziyyətlə bağlı rayondan seçilmiş deputatlara da məktub ünvanlamışıq”. Məktub müəllifləri onu da xatırladırlar ki, Beyləqan rayonunun adı artıq neçə ildir ki, ən çox şikayət olunan rayonlar sırasında hallanır: “Bu il də rayonumuz əvvəlki illərə nisbətən Prezident Administrasiyasına daha çox müraciət ünvanlanmış rayondur. Bütün bunların səbəbi isə Vaqif Abdullayev və müavini Telman Məstanovdur. Sonuncu prezident tərəfindən mükafatlandırılandan sonra daha da arxayınlaşıb və camaata qarşı laqeyidləşib, hətta qəddarlaşıb”. Yazıda adı hallanan hər kəsin mövqeyini işıqlandırmağa hazırıq. DİA.AZ-dan: Yazını yayan AFN.AZ-da daha ağır ittihamlar yer almışdı ki, dia-az.life olaraq həmin hissələri ixtisar etməli olduq... Geri qayıt |