Əsas Səhifə > Hadisə, Manşet > “Karqo Şamil”in obyektlərində əməliyyat

“Karqo Şamil”in obyektlərində əməliyyat


19-02-2018, 09:36
“Karqo Şamil”in obyektlərində əməliyyat
Gömrükdə əsas monopolistlərdən biri olan Şamil Heydərovun “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki karqo daşımalarına əl qoyulub.

AzEuroNews.com xəbər verir ki, bu barədə fevralın 17-də sosial şəbəkələrdə məlumat yayılıb. Hər iki bazardan Ş.Heydərovun adamları aparılıb.

Onların hansı dövlət strukturu tərəfindən saxlanması haqda yazılmayıb. Şərhlərdə deyilir ki, buna səbəb karqoda qiymətlərin qaldırılması olub. Ona görə də Heydərovun obyektlərinə basqın edilib.

2013-cü ildə “Klassik-2” şirkətinin prezidenti olmuş Ş.Heydərov polisə müraciət edərək “Sədərək” ticarət mərkəzində yerləşən özünə məxsus obyektdən 210 min dollar və 10 min manat oğurlandığını bildirmişdi.

Aylar sonra oğurluqda şübhəli bilinən Astara sakini həbs olunmuşdu. Ş.Heydərovun kimliyinə gəlincə, “Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirir və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr.

Hazırda isə Azərbaycanın gömrük sistemində külli-ixtiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz.

Geri qayıt