Əsas Səhifə > Hadisə, Manşet > “Aztelekom” sistemində yarıtmaz fəaliyyət

“Aztelekom” sistemində yarıtmaz fəaliyyət


13-02-2018, 10:41
“Aztelekom” sistemində yarıtmaz fəaliyyət
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturlarında qeydə alınan nöqsanlar barədə ötən saylarımızda məlumat vermişdik.

Nazirliyin müxtəlif qurumlarının fəaliyyəti barədə əldə etdiyimiz yeni məlumatları diqqətinizə təqdim edirik. Həmin məlumata görə, “Aztelekom” MMC-nin ümumi montaj tutumu 850 000 nömrədir. Bundan 680 000 nömrə hazırda istifadədədir, 164 000 nömrə isə boşdur. Hazırda əhalinin telefona tələbatının yüksək olmasına baxmayaraq, əlavə kabelləşdirmə işləri demək olar ki, aparılmadığına görə heç bir irəliləyiş yoxdur. 164000 nömrə ölü kapital kimi stansiyalarda qalıb: “Kənd rayonlarında əhalinin şəhərə axını ilə əlaqədar nömrəyə tələbatın azlığı bəhanə gətirilib kabelləşmə aparılmır. Görülən işlər zamanı isə 10-20 cütlük kabellərin qoyulması ilə kifayətlənilib. Məsələn, Abşeron TKQ-da stansiya tutumu 81000 nömrəlidir, hazırda 65000 nömrə əhalinin istifadəsindədir, əlavə 16000 nömrə isə ölü kapital kimi qalır. Əlavə kabel qoyuluşu istiqamətində demək olar ki, iş aparılmır. Əgər hər hansı kabelləşmə işi aparılırsa, bu proses qovşaq işçiləri tərəfindən aparılır. Bu proses həm istismarın axsamasına səbəb olur, həm də şəbəkənin standarta uyğun olmamasına gətirib çıxarır”.

Onu da qeyd edək ki, hazırda Bakının ətraf qəsəbələri, Abşeron rayonu ərazisində telefon çəkilişi sahəsində çox ciddi problemlər yaşanır. Evinə telefon çəkdirmək istəyən vətəndaşlara standart cavablar verilir: “Qutuda yer yoxdur, yeni xətt çəkilməlidir, daha sonra sizi telefon xətti ilə təmin edə bilərik”. Yeni xəttin nə zaman çəkiləcəyini soruşduqda isə əksər hallarda “bilmirik”, yaxud “ona çox vəsait lazımdır, imkan yoxdur” cavabları verilir: “İstismarçı tikinti işini apara bilmir. Səbəb kimi vəsaitin olmaması göstərilir (əslində istismarın zəifləməsi daha çox zərər vurur). Vəsaitin olmamasından şikayət olunduğu halda, icra hakimlərinə, böyük iş adamlarına hədiyyə vermək üçün böyük vəsaitlər xərclənir. Rabitə haqda məlumatı olmayanlar ezamiyyətə göndərilir və rabitəçiyə alçaldıcı formada ona onun işi öyrədilir. Ezamiyyə xərcləri digər xərclərdən daha çox olur. ADSL geniş zolaqlı internet istifadəçilərinin sayı külli miqdarda azalıb. 2016-cı ilə qədər ADSL istifadəçilərinin sayı 400000 idi. Onların 202000-i ”Aztelekom" istifadəçisi, yerdə qalanlar isə yəni 198000 abonent digər provayderlərin istifadəçiləri idi. 198000 istifadəçinin hər biri nömrə üçün 2 manat və qoşulmaq üçün 5 manat ödəniş edirdi. “Aztelekom” hər ay nazirlik qarşısında istifadəçi artımı haqqında hesabat versə də, əslində istifadəçilərin sayı 202000+78000=330000-dur. Bu isə ümumilikdə ADSL istifadəçilərinin sayının 70000-dən çox azaldığını göstərir. “Aztelekom” İB digər provayderləri sıradan çıxarmaq üçün istifadə etdiyi üsullar hesabına yüz minlərlə manat pul xərcləyir. Hansı ki, bu pulu sərf edib əlavə kabelləşmə işləri görmək olardı. Layihə-smeta sənədlərinin hazırlanmasında səriştəsiz insanlar qərar verirlər. Nəticədə xeyli sayda maliyyə itkisi baş verir".

P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
“Yeni Müsavat”

Geri qayıt