Əsas Səhifə > Hadisə, Manşet > Taleh Qaraşov üçün yolun sonu görünür
Taleh Qaraşov üçün yolun sonu görünür9-02-2018, 10:00 |
T.Qaraşovun fəaliyyətindən narazılıq edən lənkəranlılar bildirirlər ki, icra başçısı müşavirədə şişirdilmiş, saxta informasiyalar verib. Məsələn, icra başçısı rayonu səki-səki, qarış-qarış satdığını açıqlaya bilməzdi. Lənkəranda "Çay evi”nin satılması faktı sonuncu nümunələrdən biridir. T.Qaraşov deyib ki, rayonda çayçılığın inkişafına diqqətdən danışıb. Amma çay plantasiyaları satılıb, məmurlar tərəfindən yağmalanıb. İcra başçısı bildirib ki, rayonda turizm infrastrukturu xeyli yaxşılaşdırılıb. Amma fəaliyyət göstərən heç də müstəqil sahibkarların turizm obyektləri deyil. Fövqəladə hallar nazirinin "Qafqaz sahil” oteli, BDYP-də nömrə satan Müşviq Rəhimovun "Xəzər Palace”, deputat Hadı Rəcəblinin "Palıdlı sahil” və s. istirahət mərkəzləri var. Prezidentin sərəncamı ilə Mərkəzi Rayon Xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulduğu deyilsə də, neçə il qabaq kosmetik işlər aparılıb və hər dəfə təkrar söylənir. Rayon ərazisində genişmiqyaslı quruculuq-abadlıq işləri görülməyib. Mərkəzi küçələrdə, magistral yollarda hər hansı abadlıq işləri də aparılmayıb. Nə var eləcə də qalıb. Səkilər bərpa olunmur, çoxmərtəbəli binaların dam hissəsi dəyişdirilmir, fasadlarına ağ lay üzlüklər vurulmu, səkilərə tamet döşənilmir. Sadəcə, T.Qaraşov statistika naminə saxta məlumatlar verir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidə kompleksi və adını daşıyan park yenidən qurulmayıb. Guya 2003-2016-cı illər ərzində 25994-u daimi olmaqla 41113 yeni iş yeri açılıb. Halbuki, lənkəranlılar kütləvi şəkildə Bakı və Moskvaya iş tapmağa gedirlər. Mətbuat yazır ki, T.Qaraşov Prezident Administrasiyasına ən çox şikayət edilən icra başçılarından biridir. Elə ilin sonunda Hesablama Palatası Lənkəran RİH-də ciddi korrupsiya faktları aşkarlamışdı. Palata müəyyən edib ki, 2013-2016-cı illərdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən korrupsiya hallarına, yeyintiyə yol verilib. 13 məktəbin, 24 mənzilli yaşayış evinin, 2 uşaq bağçasının tikintisinə, 1 məktəbin əsaslı təmirinə, 15 ədəd 4 və 5 mərtəbəli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılmasına vəsait ayrılıb. Habelə, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun əsaslı təmirinə, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun yenidən qurulmasına, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri üzrə istifadə olunan ümumilikdə 6 1604,5 min manat vəsaiti əhatə edib. Ancaq "Tikililərin əvəzsiz balansa verilməsi haqqında” sərəncamla Lənkəran Şəhər Təhsil Şöbəsinin balansına verilmiş 7 məktəb üzrə əsas fondların dəyəri az göstərilib. Bir sıra məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verilib. Həmçinin, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Dövlət Qəbul Komissiyasının Aktında ("Tikinti obyektinin istismarına İcazə”) bəzi obyektlərin dəyəri göstərilməyib. Lənkəran rayon, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi” (15,6 km) obyekti üzrə işlərin 2014-cü ildə başa çatmasına baxmayaraq, müvafiq qaydada istismara qəbulu təmin edilməyib. Ümumiyyətlə, lənkəranlılar icra başçısından çox narazıdırlar. Onlar üçün heç bir iş görülməyib. Başqa rayonların rəhbərləri arasında vətəndaşları qəbul edən, problemlərini dinləyənlər var. T.Qaraşov isə sakinlərlə görüşmür, şikayətlərini həll eləmir. Bu da Lənkəran kimi həssas zona üçün yaxşı hal deyil. Lənkəran problemlər məngənəsində boğulur. Qarşı tərəfi dinləməyə hazırıq.(fia.az) Geri qayıt |