Əsas Səhifə > Hadisə, Manşet > Nazir bunları bilərsə...
Nazir bunları bilərsə...8-02-2018, 10:21 |
Ağcabədidə 73 kitabxana, 20 mədəniyyət evi, 22 klub, 1 tarix-diyarşünaslıq muzeyi, Həmidə xanım Məmmədquluzadənin ev-muzeyi, 1 incəsənət məktəbi, 8 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Məlumata görə, mədəniyyət klubları, kitabxanaların işçiləri arasında “ölü can”lar saxlanır. Onlar R.Quliyevin gəlir mənbələridir. İdarə rəisi mədəniyyət şöbəsi müdiri olduğu dövrdə də, struktur dəyişikliyindən sonra da “qaz vurub, qazan doldurur”. Bu yaxınlarda mədəniyyət və turizm obyektlərinin təmiri və bərpası ilə əlaqədar tender elan edilmişdi. Rza Quliyevin nəzarəti altında həyata keçirilməkdə olan prosesdən idarə rəisi mənfəətlə çıxıb. O, həmin tender işlərini Ağcabədi icra başçısı Şahin Məmmədovun yaxınlarına həvalə edərək, onlarla birlikdə qazanc əldə etməyə çalışıb. Tender üçün ayrılmış pulların hamısını icra başçısının yaxınlarının qarşısına qoyub. Və oradan 20 faizi özünə çatıb. Rza Quliyev təkcə bu yolla deyil, həmçinin şəxsi biznesi ilə də pul qazanmağa çalışır. Onun Ağcabədidə bir neçə obyektinin olduğu deyilir. Əldə etdiyimiz informasiyalarda qeyd olunur ki, Rza Quliyevin əsas gəlir mənbəyi kənd mədəniyyət evlərinə, klublarına və kitabxanalarına yaxın adamlarının adlarını yazdırmaqla hər ay qanunsuz olaraq dövlət büdcəsindən bir neçə min manat vəsait oğurlamaqdır. Məlumata əsasən idarə müdiri rayon maliyyə idarəsinin rəhbəri ilə əlbir olaraq kəndlərdəki mədəniyyət evlərinin və klublarının təmiri üçün hər il rayon büdcəsindən yüz min manatlarla vəsait çıxardaraq bölürlər. Büdcədən çıxarılan vəsaitləri sənədləşdirmək üçün isə kənd mədəniyyət evlərini və klublarını rəngləyirlər. İcra başçısı saxta tender yolu ilə Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat ını mənimsəyib. Bu korrupsiyada R.Quliyevin payının olduğu iddia edilir. Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində Ağdam, Laçın mədəniyyət evləri, musiqi məktəbləri və klublar daxildir. Bunların çoxunun adı var, özü yoxdur. Qarşı tərəfi dinləməyə hazırıq. Geri qayıt |