Əsas Səhifə > Hadisə, Manşet > Fazil Məmmədov hər gün işə gəlir
Fazil Məmmədov hər gün işə gəlir3-02-2018, 11:19 |
Keçmiş vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti postunu tərk etməyi planlaşdırmır. Bu barədə virtualaz.org-a açıqlamasında Federasiyanın birinci vitse-prezidenti və Azərbaycanın güləş üzrə milli yığma komanbdasının baş məşqşisi Firdovsi Umudov deyib. “Biz Fazil Məmmədovla daim təmasdayıq, görüşlər keçiririk. Fazil Məmmədov hər səhər işə gəlir, məşqçilərə və güləşçilərə öz tövsiyələrini verir, onların qarşısında yeni vəzifələr qoyur. Mən on vitse-prezident postunu həvalə etdiyi üçün minnətdaram və çalışacağam ki, gözləntiləri doğruldum”-Umudov deyib. Federasiya vitse-prezidenti bildirib ki, Azərbaycanda məmurların öz vəzifələrindən gedəndən sonra başçılıq etdiyi idman federasiyalarını da tərk etməsinin tez-tez şahidi olurduq. Lakin heç bir zəmin yoxdur ki, Fazil Məmmədov yaxın vaxtlarda federasiya prezidenti postunu tərk etsin. “O, federasiya rəhbəri kimi fəal işləyir, güləşçilərin Tokioda keçiriləcək 2020-ci il Olimpiadasına yaxşı hazırlaşması üçün əlindən gələni edir”-baş məşqçi deyib. F.Umudovun sözlərinə görə, Federasiyanın maliyyə problemi də yoxdur, güləşçilərə və məşqçilərə maaşlar, mükafatlar vaxtlı-vaxtında verilir. Geri qayıt |