Əsas Səhifə > Hadisə, Manşet > Fazil Məmmədov əmlakını satışa çıxardı

Fazil Məmmədov əmlakını satışa çıxardı


29-01-2018, 10:02
Fazil Məmmədov əmlakını satışa çıxardı
Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.

dia-az.life Bakupost.az-a istinadən xəbər verir ki, keçmiş nazir bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir.

F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan "Land Rover Diskoveri” maşını satılıb. Avtomobilin 65 000 manata satıldığı bildirilir.

Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.

Keçmiş nazirin təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxardığı bildirilir.

Geri qayıt