Əsas Səhifə > Hadisə, Manşet > Rüfət Aslanlı istefa ərizəsini yazıb:

Rüfət Aslanlı istefa ərizəsini yazıb:


2-01-2018, 11:41
Rüfət Aslanlı istefa ərizəsini yazıb:
Maliyyə Bazarlarına Nəzarət Palatası iflic vəziyyətdədir. Bir tərəfdən Mərkəzi Bank ona badalaq vurur, digət tərəfdən isə qurumun öz daxilində ciddi qarşıdurma mövcuddur - Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə İdarə Heyətinin sədri İbrahim Alışov arasında kəskin mübarizə gedir.

Bu barədə AFN-ə danışan mənbənin sözlərinə görə, baxmayaraq ki, İ.Alışov qeyri-peşəkar və təsadüfi adamdır, maliyyə bazarları üzrə yaxşı mütəxəssis olan R.Aslanlını hələlik üstələyir: “Bunun nəticəsinə bank sektoru iflic vəziyyətə düşüb, sistemdəki problemlər həll edilməyib, sadəcə dondurulub. Rüfət Aslanlı çox savadlı mütəxəssisdir, lakin o, öz təcrübəsini Azərbaycan reallığında tətbiq edə bilmir. Bunun səbəbi isə bank sektoru ilə digər sahələr arasında əlaqənin və əlaqə şəraitinin olmaması, düzgün qurulmamasıdır”.
Elə bu məsələlər, üstəlik, İ.Alışova palataya, demək olar ki, rəhbərlik səlahiyyətlərinin verilməsi cənab Aslanlının hətta istefa ərizəsi yazmasına gətirib çıxarıb. Bildirilir ki, R.Aslanlı bu aralarda Azərbaycanın bank sektorunda həyata keçirmək istədiyi layihələrlə xaricilərin diqqətini çəkib. Belə ki, xarici dövlətlərin birindən mütəxəssisə vəzifə təklifi gəlib. Mənbəmiz dəqiq məlumata malik olmasa da, bunun Qazaxıstan olduğunu bildirir: “Buradakı durumunun da qənaətbəxş olmadığını nəzərə alan R.Aslanlı ilkin razılığını verib. Lakin onun istefasının hələlik qəbul olunmadığı deyilir. Çox güman ki, gələn ilin ilk aylarında R.Aslanlı palatadan gedəcək. Onun qabiliyyəti ən yuxarı səviyyədə bəyənilsə də, məmurlar arasında qısqanclıqla qarşılandığı hiss edilir və işinə müxtəlif üsullarla badalaq vurulduğu artıq gizlin proses deyil. Xüsusilə Mərkəzi Bankın sədri Elman Rüstəmov R.Aslanlını özünə ciddi rəqib gördüyündən müxtəlif üsullarla onun işinə mane olmağa çalışır. Buna ilk növbədə MB-nin banklara kredit verilişini dayandırmasını misal göstərmək olar”.
Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt