Əsas Səhifə > Hadisə, Manşet > Mehdi Səlimzadənin bazar oyunları...
Mehdi Səlimzadənin bazar oyunları...26-12-2017, 09:37 |
“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin bazar oyunları biz sahibkarları intihar həddinə çatdırıb. Göyçay “Avtonəqliyyat” ASC-nin həyətində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətinə xitam verməyə nail olan Mehdi Səlimzadənin əsil niyyəti heç də antisanitariyaya qarşı mübarizə aparmaq deyilmiş. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən Mehdi Səlimzadə antinasitariya adı ilə “Göyçay Avtonəqliyyat” ASC-də fəaliyyət göstərən bazarı bağlatdırıb özü üçün şəhərin mərkəzində yerləşən Rəşid adlı şəxsə məxsus böyük binası olan mebel mağazasında təzə bazar açır”. Bu sətirlər Göyçay rayon sakinləri tərəfindən AzEuroNews.com-a gələn növbəti şikayət məktubunda qeyd olunub. İmzalı məktub müəllifləri qeyd ediblər ki, həmin mebel mağazasında bazar kimi fəaliyyət göstərməsi məqsədə uyğun deyil: “Çünki həmin ərazi avtomobillərin gur hərəkət edən yerində yerləşir. Biz kasıbçılıqla, zəhmətlə bir tikə çörəyini qazanan insanlar, bu bazar bağlayıb – bazar açma oyunundan cana doymuşuq. Mehdi Səlimzadə öz marağına görə insanları kütləvi qırğına verməyə belə hazırdır. Vəzifə hərisi, korrupsiya həvəskarı olan Mehdi Səlimzadənin yaratdığı özbaşınalığın nəticəsində ötən gün iki məktəb direktoru intihara edib”. Şikayətçilər deyirlər ki, M. Səlimzadənin özbaşınalığının qarşısı alınmasa biz sahibkarlar da kütləvi şəkildə intihar edəcəyik: “Mehdi Səlimzadənin açacağı həmin bazarın yerləşdirilməsi nəzərədə tutulan mebel mağazasının arxa tərəfindəki böyük ərazidə olan 50-dən çox böyük şam ağacları qanunsuz olaraq kəsilərək məhv edilib. Mehdi Səlimzadənin bu bazarına qardaşı oğlu, Göyçay Gənclər Mərkəzinin müdiri Səməd rəhbərlik edəcək. Xəmiri alverlə, hərc-mərcliklə yoğrulan əmi – qardaş oğlu öz tamahlarına görə biz sahibkarların bayramımızı qara gətimək istəyirlər. Hətta biz sahibkarlar xahiş etdik ki, heç olmasa bayrama kimi möhlət verin, köhnə bazarda alverimizi edib, yeni ildən sonra sizin bazara köçürülərik. Buna əhəmiyyət vermirlər. Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyev cənablarına və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik bizi Mehdi Səlimzadənin zülmündən xilas edin”. Abdullayev Kamil Aydın oğlu Allahverdiyev İlqar Kamil oğlu Əliyev Sübhan Akif oğlu Məmmədov Əyyub Zaman oğlu Əkbərov Zakir Nuru oğlu Geri qayıt |