Əsas Səhifə > Hadisə, Manşet > Yevda Abramov niyə İsrailə aparıldı?

Yevda Abramov niyə İsrailə aparıldı?


22-12-2017, 11:24
Yevda Abramov niyə İsrailə aparıldı?
Xəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranıb. Deputat dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov dövlət hesabına təcili İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev Modern.az-a açıqlamasında deyib ki, hazırda deputatın sağlıq durumu normaldır.

“Bakıdakı əməliyyat ona yaxşı təsir bağışlamadığı üçün İsrailə aparılıb. O, İsrailin Hayfa şəhərindəki böyük xəstəxanaların birinə yerləşdirilib. Yevda Abramovun qızı da, oğlu da İsraildə yaşayır. Hər şey yaxşıdır. Ümumilikdə Yevda müəllimin sağlamlıq durumu normallaşıb”.

Geri qayıt