Əsas Səhifə > Hadisə, Manşet > Nəsrəddin Tusi adına Klinikada xəstənin başına gəlməyən qalmadı
Nəsrəddin Tusi adına Klinikada xəstənin başına gəlməyən qalmadı5-12-2017, 10:24 |
Özəl klinikalarla bağlı şikayətlər dayanmadan artır. Bu dəfə Nəsrəddin Tusi adına Klinikaya müalicə üçün müraciət edən xəstənin başına oyun açıblar. Bu barədə Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Birlik sədri bildirib ki, onurğa sütununda yaranmış problemlə əlaqədar sözügedən klinikaya müraciət edən Könül Sultanova adı xanım klinika işçilərinin onunla kobud rəftarından şikayətçidir. Klinikada bir neçə müayinə üçün xanımın damarına vurulmalı iynəni səhvən əzələsinə vurublar və indiyə qədər də qolunda problem qalıb. Lakin problem bununla da bitməyib. Şikayətçi bildirib ki, klinikanın həkimi ona müalicədən əvvəl MRT müayinəsindən keçməli olduğunu bildirib: “Həkimin verdiyi arayışla 13.04.2015-ci il tarixində N.Tusi adına özəl klinikaya müraciət etdim. MRT üçün klinikaya 607 manat ödəniş etməli olduğumu dedilər. Lakin buna imkanım çatmadığı üçün xahiş etdim və 150 manat endirimlə 457 manat ödədim. Klinikada 5-6 saat gözlədikdən sonra çəkilişlər edildi. MRT müayinəsindən keçmək üçün həkim mənə anesteziya inyeksiyasını damara vurarkən səhvən əzələyə düşdü və qolum şişdi. Həkimlər təcili qolumu sarıdılar. Nəticədə üzərindən 2 il keçməsinə baxmayaraq, bu günə qədər barmaqlarımı hərəkət etdirə bilmirəm. Beləliklə, MRT şəkilləri çəkildi”. Klinikaya dəvət olunmuş israilli həkimin adına görə müraciət edən xəstə ailədaxili problemlər üzündən bir müddət müalicəsinə ara verməli olur və bu arada israilli həkim ölkəsinə qayıdır. Bu səbəbdən artıq müalicəsini N.Tusi Klinikasında yox, başqa klinikada davam etdirmək üçün müraciət edir. Digər klinikada N.Tusi Klinikasında çəkilən MRT şəkillərinə baxaraq, onların keyfiyyətsiz və işə yaramaz halda olduğunu bildirirlər: “Həkim tövsiyyə etdi ki, yenidən MRT çəkilişi etdirim. MRT filmlərinin yenilənməsi məqsədlə N.Tusi Klinikasına yenidən zəng etdim və vəziyyəti bildirdim. Telefon zənginə cavab verən əməkdaş mənə hədə-qorxu gəldi və “əgər sən bura gəlsən, həkimlər səni parçalayacaq, çünki sən şikayət edirsən” ifadəsini işlətdi. Klinikadan MRT şəkilişlərinin yenidən çəkilməsini istəyirəm. Yenidən bu müayinə üçün ödəyəcək 607 manatım yoxdur. Klinika MRT şəkillərini pis və yararsız çəkdiyi üçün mənim müayinədən keçməyimi yenidən pulsuz aparmalıdır”. Şikayətçi məslənin ictimailəşdirilərək həll edilməsini istəyir. Bildirib ki, dəfələrlə klinikaya müraciət etməsinə baxmayaraq, probleminə baxılmır. Yeni MRT filmləri olmadığı üçün də xastə müalicəsini davam etdirə bilmir. Geri qayıt |