Əsas Səhifə > Hadisə, Manşet > Təhsil Nazirliyində yoxlamalar başladı
Təhsil Nazirliyində yoxlamalar başladı16-11-2017, 11:10 |
Azərbaycan Respublikasının Hesablama Paltası Təhsil Nazirliyində yoxlamalar aparır. Unikal.org-a etibarlı mənbədən daxil olan məlumata görə, hal-hazırda Hesablama Paltası tərəfindən Təhsil Nazirliyində auditlər, qurumun dövlət büdcəsindən maliyyələşən layihələrdə yaranan müəmmalı borclar və s. nəzarət tədbirləri davam etməkdədir. Güman edilir ki, Təhsil Nazirliyində dövlət büdcəsindən ayrılan pulların xərcləri ciddi şəkildə şişirdilib. Adı çəkilən qurumda aparılmış yoxlama tədbirlərinin nəticələri tezliklə Hesablama Palatasının Kollegiyasının müzakirəsinə çıxarılacaq. Geri qayıt |