Əsas Səhifə > Hadisə, Manşet > Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi
Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi1-11-2017, 10:12 |
Xəbər verdiyimiz kimi xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikaya cinayət işi açılıb. Xatırladaq ki, buna səbəb isə klinikanın iki milyondan çox vergidən yayınması göstərilir. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. Gununsesi.info-nun əməkdaşı xəbərlə bağlı mövqeyini öyrənmək üçün Leyla Şıxlıniskayanın özünə telefon açıb. Ancaq özünü köməkçi kimi təqdim edən xanım bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu deyib: “Bizim klinika ölkədə sözünü demiş klinikadır. Hansısa məsələ varsa özümüz həl edəcəyik. Bu barədə mediaya hansısa açıqlama vermək niyyətimiz yoxdur”. Geri qayıt |