Əsas Səhifə > Hadisə, Manşet > Ölkənin nüfuzlu ziyalıları Prezident İlham Əliyevə müraciət etdilər

Ölkənin nüfuzlu ziyalıları Prezident İlham Əliyevə müraciət etdilər


26-10-2017, 10:45
Ölkənin nüfuzlu ziyalıları Prezident İlham Əliyevə müraciət etdilər
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işdən qanunsuz çıxarılması ilə əlaqədar ziyalılar hərəkətə keçdilər

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumata görə müraciətə imza atan ziyalılar arasında Azərbaycan Dövlət Milli Akademik Dram Teatrı, Dövlət Musiqili Teatrı, Bakı Bələdiyyə Teatrı, “Vətən Teatrı” və digər teatrların aparıcı aktyorları, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Tarix, Folklor, Flsəfə və Hüquq, Nəsimi adına Dilçilik institutları və Baki Dövlət Universitetinin alim və professorlarının, KİV nümayəndələridən “Xudaferin.eu”, “Publika.az”, “Döyüşçü.az”, “10 May 97” saytları, “Ocaq” qəzeti, “Brend Dünyası” jurnalının redaktorları, “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək İctimai Birliyi”nin rəhbərliyivə eləcə də digər ziyalılarƏjdər Zeynalovun qanunsuz olaraq işdən azad edilməsinə etiraz etmişlər.
DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında 17 ildir direktor vəzifəsində işləyən İftixar Piriyev ötən müddət ərzində xalq artisləri: Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər: Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlardan: Mehman Piriyev, Rəşad Səfərov, Müdhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqa istedadlı aktyorlarlar bu mədəniyyət ocağını tərk ediblər. Bu ilin sentyabrında teatr mövsümünün ilk günündə teatrın aparısı aktyorlarından Ayşən Mirzəzadə, Məryəm Qələndərova və Əhliman Ərşadlı İftixar Piriyevin yarıtmaz siyasətinə qarşı olduqları üçün işdən çıxdılar. 2017-ci il sentyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin komissiyasının apardığı yoxlamaların nəticəsi kimi İftixar Piriyevə şiddətli töhmət verilibdir. Onun teatrın yaradıcı kollektivi ilə sərt davranışı və şəxsi qərəzlik üstündə qurması kimi xarakterik özəlliklərinin nəticəsi kimi bu teatrın aparıcı aktyoru və 30 ildir burada fəaliyyət göstərən Əjdər Zeynalovu uydurma və saxta ittihamla işdən azad edibdir.
Müraciətdə o da bildirilir ki, ölkə Prezidenti İlham Əliyev cənabları hər zaman məmur özbaşınalıqlarına qarşı sərt mövqe nümayiş etdiribdir. Ancaq, çox təəssüflər olsun ki, bəzi məmurlar hələ də bundan nəticə çıxarmırlar. İnsanları süni şəkildə hakimiyyətə və dövlətçiliyimizə qarşı çıxarırlar. Faktiki olaraq, İftixar Piriyev bu qocaman teatr ocağını “dərnək” səviyəsinə endirməklə onu tamamilə məhv etmək siyasətini yürüdür. Tarixi yurdumuz olan indiki Ermənistan ərazisindən maddi-mədəni irsimizi real şəkildə qoruyub saxlayan “İrəvan Teatrı”nda yaşanılan bu rəzalətə son qoyulmalıdır. Ömrünün 30 ilini bu teatra həsr etmiş və aparıcı aktyoru olmuş Əjdər Zeynalovu uydurma və saxta iddialarla işdən azad etmək heç bir məntiqə sığmır.
Bu müraciətə imza atanlar onu da qeyd edirlər ki, bizlər hər zaman dövlət başçısı İlham Əliyev cənablarının dövlətçiliyimiz naminə apardığı islahatçı siyasətini hər zaman dəstəkləmişik. Bizim peşə həmkarımız, nüfuzlu ziyalı kimi dəyər verdiyimiz Əjdər Zeynalovun hüquqlarının qorunmasında hörmətli Prezidentdən dəstək verməsini ümidlə gözləyirik.

Ölkənin nüfuzlu ziyalıları Prezident İlham Əliyevə müraciət etdilər
Ölkənin nüfuzlu ziyalıları Prezident İlham Əliyevə müraciət etdilər
Ölkənin nüfuzlu ziyalıları Prezident İlham Əliyevə müraciət etdilər

Geri qayıt