Əsas Səhifə > Hadisə, Manşet > Müşfiq Mədətov və Vəli Vəliyev azadlığa çıxdılar
Müşfiq Mədətov və Vəli Vəliyev azadlığa çıxdılar16-10-2017, 11:08 |
Oktyabrın 14-də bıçaqlanan Müşfiq Mədətov hələ də polisin nəzarətindədir. “Qafqazinfo”nun verdiyi xəbərə görə, saxlanılaraq Səbail Rayon Polis İdarəsinə yerləşdirilən M.Mədətov artıq 2 gündür ki, oradadır. Onun sərbəst buraxılacağı yaxud hansısı əməlinə görə ittiham edilərək məhkəməyə çıxarılacağı bəlli deyil. Xatırladaq ki, M.Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman şübhəli şəxslər Səbail RPİ 9-cu Polis Bölməsinin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağında güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı, Mədətovu bıçaqlayıb polisi güllələyən 3 nəfər – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb. Onlar xuliqanlıqda, adam öldürməyə cəhddə və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilirlər. *** Virtualaz.org-a məlumatlı mənbələrdən bildirildiyinə görə, Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev azadlığa çıxıblar. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları oktyabrın 14-də Müşfiq Mədətova silahlı hücumdan sonra araşdırma yekunlaşana qədər saxlamışdı. Xatırladaq ki, M.Mədətov onu bıçaqlamış xuliqanların hücumunun qurbanı olub. Məişət zəminində münaqişə sonradan dramatik əhvalata çevrilib – bundan sonra xuliqanlar polisə atəş açıb və nəticədə, polis rəisinin müavini Orxan Axundzadə ağır yaralanmışdı. Hazırda hadisənin araşdırılması davam etdirilir. Geri qayıt |