Əsas Səhifə > Hadisə, Manşet > Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat
Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat14-10-2017, 12:42 |
Ölkə gündəmi artıq neçə gündür ki, orta məktəbdə 10-cu sinif şagirdləri üçün dərc olunmuş tarix saxtakarlığından danışır. GoldNews.Az xəbər verir ki, 10-cu sinifin "Azərbaycan tarixi" kitabında Azərbaycana məxsus əzəli torpaqlar Ermənistan ərazisi kimi göstərilib, daha sonra isə "Bir səhv, yanlışlıq olub" deyərək üstü örtülməyə çalışılıb. Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev dərsliklərdə nəşr olunmuş daha bir yalançı "erməni tarixi"ni üzə çıxarıb. Əliyev bildirib ki, eyni adlı dərsliyin 7-ci siniflər üçün olan nəşrində ərəb istilası dövründə torpaqlarımızda ermənilərin yaşadıqları qeyd olunub. Əslində isə bu heç bir reallığı əks etdirmir. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr etdiyi və rəy verdiyi bir dərslik daha. 7-ci siniflər üçün Azərbaycan Tarixi kitabı. Kitabda diqqətini çəkən bu cümlə oldu: Əbu Sac Divdad Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər Yusif ibn Saca qarşı çıxdılar Tarixə nəzər salsaq görərik ki, ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü Türk dövlətlərindən biri də Sacilər idi. 879-941-ci ilə qədər təxminən hakimiyyətə olub. Söhbət eramızın VIII-IX əsrindən gedir. Üzümü tuturam bu dərsliyin müəlliflərinə. O dövrdə erməni feodalları hardan meydana çıxdı? Ümumiyyətlə Sacilərin əsas mərkəzlərindən biri Qarabağ zonasında o dövrdə ermənilər necə peyda oldular və üstəlik feodallar idilər? Tarixdən məlumdur ki, Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bəs niyə tariximizdə şagirdlərə səhv tarix başa salırsız. Niyə onların beyninə yeridirsiz ki, ermənilər bu torpaqda qədimdən yaşayıb? Niyə Sünik, Sisakan, Şəki qalası (Qərbi Azərbaycanda Səhl İbn Sumbatın qalası) kimi albanlara məxsus tarixi ermənilərin adına yazırsız? IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri «Saklı» (ərəb mənbələrində «Səhl») ləqəbini daşıyırdılar. «Səhl» (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi.Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların fikirlərini qəti şəkildə rədd etmişdi. Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri «məlik» adlanırdılar. Səhl ibn Sunbat da məlik idi. Ərəb mənbələrində Səhl ibn Sunbat formasında yazılmış ad türkcə sun – ―gözətçi, ―keşikçi, ―nəzarətçi və bat – ―mətin, ―bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan ―bat sözü albanlarda Urbat, VI əsrdə Orta Asiyada ağ hunlarda (eftalilərdə) Qrunbat, türk bolqarlarda Kurbat , 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan qaldırmış türk Sunbad, XII əsrdə Azərbaycanda Oğuz-Səlcuq əmirlərindən Əbubəkr Bahaəddin Sunbat və b. şəxs adlarının sonlarındakı ―bat sözü ilə eynidir. Göründüyü ki, Si sülaləsinin hakimləri etnik mənsubiyyətcə türk idilər. Səhl ibn Sumbatın albanlığı və Mehranilər sülaləsinə mənsubluğu heç bir şübhə oyatmır. Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan Respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur. Hətta Türklərdə Seyid Battal adlı dastanda Səhli Seyid Battal adlandırılar. Cənab Nazir, cənab və xanım məsullar. Niyə saxta tarixi dərsliklərə salırsız. Niyə beyinlərə burda ermənilərin qədimdən yaşaması kimi uydurma fikirlər yeridirsiz. Niyə bu coğrafiyada 17-ci əsrə qədər olmayan erməniləri soxuşdurursuz tariximizə. Niyə belə cinayətə, milli dövlətçliyə, tarixə, milli təhlükəsizliyə uzanan çirkli əlləri kəsmirsiz? Hətta erməni müəllifləri belə bu torpaqlarda yaşamadıqların etiraf edirlər. B. İşxanyan- “Qafqaz xalqları”, Petroqrad, 1916-cı il səh.18-də konkret yazır "Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin böyük ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Bir hissəsi isə təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır." Yaxud xalqımızın düşməni Zori Balayan- “Ocaq”, səh. 120, 192, 273-də konkret qeyd edir " 1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onilliklərdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür." Və son olaraq Haykaryan- “Erməni tarixi”, Paris, 1919- il kitabında yazır "Erməni sülaləsinin başçısı tarixdə olmayıb, o, nağıllardan götürülmüş uydurma şəxsiyyətdir." Siz ermənilərin özlərinin etirafları, bu da bizim tarixçilərin "reallıqları".. Bizim tariximizi niyə ermənilşədirsiz? Niyə axı niyə" Geri qayıt |