Əsas Səhifə > Hadisə, Manşet > "Qasım Qasımov əksər sahələr kimi..."
"Qasım Qasımov əksər sahələr kimi..."12-10-2017, 11:00 |
Azərbaycan təhsil sistemində baş verən son hadisələr göstərdi ki, ölkənin təhsil siyasətində ciddi qüsurlar mövcuddur. Qüsur özünü yalnız hansısa metodik vəsaitdə Azərbaycana aid coğrafi ərazinin yanlış adlandırılmasında deyil, eyni zamnada idarəçilkdə də daha qabarıq göstərir. Son bir neçə ildə Şamaxı rayonunda, təhsil sistemində baş verən hadisələr əslində ölkə təhsil sisteminin əyalətdəki əyani təzahürüdür. Məsələnin ən qəribə tərəfi isə bu qədər olduqca ciddi olaylardan sonra təhsildən sorumlu şəxslərin hələ də görəvlərində saxlanılmasıdır. Bu şəxslərin idarəçilikdəki ciddi qüsurlarından dolayı qoruma altına alınmaları kifayət qədər düşündürücü faktdır. Məsələn, Şamaxı rayonunda kənd müəlliminin azyaşlı şagirdinə təcavüzündən sonra belə rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev hələ də görəvində qalmaqdadır. Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumat əslində suallara cavab tapmaqda yardımçı oldu. “Qasım Qasımov əksər sahələr kimi təhsilə də özünə sadiq adamları vasitəsilə nəzarət edir” Mənbənin verdiyi məlumatda qeyd edilirdi ki, rayon TŞ-nin müdiri E.Eminalıyev RİH başçısının birinci müavini, medianın olduqca yaxşı tanıdığı Qasım Qasımovun xalası oğludur. Ötən saylarımızdan birində rayon TŞ-də bəzi anlaşmaların yaşı 70-i çoxdan keçmiş, qeyri – rəsmi fəaliyyət göstərən Baba Nəsirov tərəfindən icra olunması ilə bağlı məlumatın dərcindən sonra redaksiya ilə əlaqə saxlayan və adının çəkilməsini istəməyən rayon sakini, olduqca ilginc məlumatlar verdi. Məlumatı verən şəxs bildirdi ki, əslində Baba Nəsirovun Şamaxı TŞ-dəki fəaliyyəti mükafatsız qalmayıb. Rayonun Çuxuryurd kənd orta məktəbinin direktoru Fuad Nəsirov Baba Nəsiroun oğludur. “Şamaxı rayon İcra Hakimiyyəti başçısınn birinci müavini Qasım Qasımov əksər sahələr kimi təhsilə də bilavasitə özünə sadiq adamları vasitəsilə nəzarət edir.”- deyən mənbə əlavə olaraq bildirdi ki, bütün qüsurlardan rayon rəhbərliyinin xəbəri var. P.S. Dəmirçilər kənd icra nümayəndəsi Gəray adlı şəxsin görəvindən alınma, eyni zamanda Şamaxı MRX-nin baş həkiminə qarşı təzyiqlərin səbəbləri ilə bağlı araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq. Redaksiyadan: Məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyırıq və dərc etməyə hazırıq. Geri qayıt |