Əsas Səhifə > Hadisə, Manşet > "Altes Group”a qarşı 1 MİLYONLUQ İDDİA

"Altes Group”a qarşı 1 MİLYONLUQ İDDİA


6-10-2017, 10:43
"Altes Group”a qarşı 1 MİLYONLUQ İDDİA
Tanınmış jurnalist Azər Qərib "Altes Group” şirkətini məhkəməyə verir.

BakuPost.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. O bildirib ki, tikinti şirkətinə qarşı mənəvi təzminat davası açacaq: ""Altes” bütün danışıqlarımızı puç etdi və mən qərara gəldim ki, məhkəməyə müraciət edim. Yalnız özüm üçün deyil, yalnız qonşularım üçün deyil, tikinti şirkətləri tərəfindən aldanan bütün vətəndaşların maraqları naminə belə qənaətə gəlmişəm.

Bu səbəbdən, gənc, iddialı, siyasət qorxusu olan proseslərdə iştirak etməyən vəkil axtarıram ki, "Altes” şirkətinə qarşı mənəvi kompensasiya tələbi irəli sürüm. Qonşularım qoşulsalar da sağ olsunlar, qoşulmasalar da, fərq etməz, fərdi qaydada hərəkət edəcəm, faktlar çoxdur.

Bir milyon civarında məbləğ düşünürəm, nə qədər udsam, xeyriyyə işlərinə, xəstə uşaqlara, qaçqın ailələrinə xərclənəcək.

Həmin prosesin informasiya dəstəyini öz üzərimə götürürəm, sözümü deyəcəm, bunlar centlmenlik nə olduğunu bilmirlər, yalan danışmaqla və insanları aldatmaqla, yəni haram yolla para qazanırlar”.

Xatırladaq ki, bir müddət əvvəl "Altes Group”la bağlı mətbuatda şikayətlər tirajlanmışdı. Məlumatlarda bildirilir ki, "Altes Group”un Şəhriyar küçəsi 21 ünvanında yerləşən binasında sakinlərin razılığı olmadan 17-ci mərtəbədə binanın damında tikinti işləri aparılıb. Bundan əlavə sakinlər illərdir, "kupça" ala bilmədiklərindən şikayət edirdilər. Azər Qərib də şikayətçilər arasında idi.

Geri qayıt