Əsas Səhifə > Hadisə, Manşet > "Qarabağa belə gedilməz"

"Qarabağa belə gedilməz"


2-10-2017, 10:28
"Qarabağa belə gedilməz"
Türkiyəli jurnalist Murad İde Qarabağa qanunsuz səfər edən həmkarlarını sərt tənqid edib.

AzNews.az aprel döyüşlərindən sonra Lələ Təpə yüksəkliklərində olmuş türkiyəli jurnalistin Qarabağa qanunsuz səfər etmiş həmkarlarına ünvanladığı məqaləni təqdim edir:

"Azərbaycan Baş Prokurorluğu bir istintaqa başlayıb. Ufuk Uras, Sait Çetinoğlu, Ali Bayramoğlu ve Erol Katırcıoğlu qarşı başladılan istintaqa səbəbsə, sentyabrın 22-də İrəvan üzərindən Qarabağa getmələri.

Azərbaycan işğal altındakı torpaqların əsl sahibi. Prokurorluq onların həbsini Azərbaycanın dövlət sərhəddini qanunsuz olaraq pozduğu üçün tələb edir. Azərbaycan ərazisi olan Qarabağa İrəvan üzərindən getmək artıq adət halını alıb. Belə məsuliyyətsiz davranış işğalçı Ermənistanın işinə yarayır və onlar bundan "qanuni vasitə" adı altında istifadə edirlər. Belə bir hadisə xatırlayırsınızsa daha əvvəl də olmuşdu. Satınalınmış bir qrup qələm sahibləri ortaya düşərək qarışıq vəziyyətdn istifadə edirdilər. Həmin vaxtlarda AKP iqtidarı Ermənistan açılımı etməyə hazırlaşırdı.

Qarabağ, şübhəsiz türk torpağıdır və ve işğal altındadır. Bölgəyə daha əvvəl bir qardaşınız da getdi. Və Qarabağın ətəklərindəki Lələ Təpədə çəkilən bu fotoya baxın ki, necə getdi...O torpaqlarda bir millətə nə dramlar, nə zülmlər yaşadıldığını bildiyim üçün ora torpağın əsl sahibləri ilə getdim. Dilinizdən düşürmədiyiniz "insan haqqları"na olan inancımın diqtəsi ilə getdim. .. Sizinki gediş deyildı axı,dostlar! Sizinki türk millətinə yaşadılan hər zülmü qanuniləşdirmək, oynalınan oyunu haqlı çıxaracaq manevrlərdir.

Qarabağ Azərbaycan toprağıdır..Hüququ qaydalara görə, rəsmi Bakıdan icazə almadınız,bunu bildik. Bir insanlıq, qardaşlıq naminə ən azından əvvəlcədən xəbər verə bilərdiniz axı...Qanıyla, həqiqətiylə, insan haqlarıyla problemi olmayan, Qarabağa bax, bu fotodakı kimi gedərlər. Çünki Qarabağda hər haqq ay-ulduzundur."

"Qarabağa belə gedilməz"

Geri qayıt