Əsas Səhifə > Hadisə, Manşet > Bu rayonun başçısı dəyişə bilər

Bu rayonun başçısı dəyişə bilər


22-09-2017, 09:15
Bu rayonun başçısı dəyişə bilər
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yaxın günlərdə vzifəsindən uzaqlaşdırılacaq.

Bu barədə Arqument.Az-a rayon İcra Hakimiyyətindəki mənbədən məlumat daxil olub.

Məlumatda deyilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı kimi tanınan icra başçısının dəbdəbəli həyatı və bir neçə gün öncə etdiyi bahalı nişan mərasimi onu hədəfə gətirib.

Belə ki, yaxın günlərdə Mikayılovun vəzifədən azad edilməklə cəzalandırılacağı gözlənilir. Sərəncamın yaxın müddətdə veriləcəyini deyən mənbə bildirib ki, böyük ehtimalla Mikayılov yeni vəzifə təyinatı almayacaq.

Məsələ ilə bağlı Süleyman Mikayılovla əlaqə saxlamaq mümkün olmayıb.

Geri qayıt