Əsas Səhifə > Hadisə, Manşet > "Artıq dözə bilmirik..."

"Artıq dözə bilmirik..."


19-09-2017, 09:38
"Artıq dözə bilmirik..."
Qala zeytunçuluq sovxozunun ərazisində torpaq sahəsi almış bir neçə vətəndaşı əslən Şamaxı rayonunun Bağırlı kəndindən olan Vəsahid Məlikovun necə aldatması barədə mediada bir müddət əvvəl geniş məlumat verilib.

Həmin məlumatda bildirilirdi ki, Qala zeytunçuluq sovxozunun ərazisində kənd təsərrüfat təyinatlı torpaq sahələri Vəsahid Məlikov tərəfindən uzunmüddətli icarəyə götürülərək mümkünsüz vədlərlə həm çoxlu saylda vətəndaşa, həm də iri sahibkarlıq strukturlarına satılıb. Etibardan sui-istifadə edilməklətörədilən bu cür qanunsuzluq haqqında məlumatın ictimailəşdirilməsindən sonra müvafiq orqanların məsələ ilə maraqlanacağı gözlənilirdi. Lakin bu gözləntilər özünü doğrultmayıb və zərərçəkən şəxslərdən bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər . Həmin şəxlərdən biri Bakı şəhərinin Mərdəkan qəsəbəsində yaşayan 39 yaşlı Aleksandr Litvinov yenidən redaksiyamıza müraciət edərək Vəsahid Məlikovun qanunsuz əməlləri ilə bağlı hələ də operativ və intensiv tədbirlərin görülməməsindən narahatlıq keçirdiklərini bildirib.

"Artıq dözə bilmirik..."

O, deyib: “Onun vədlərinə inanaraq, biz iri məbləğdə pul vəsaiti ödəmişik. Lakin bizə satılan torpaq üzərində mülkiyyət hüququ əldə edə bilməyəcəyimiz məlum olanda anladıq ki, dələduzluq faktı ilə üzləşmişik. İki ildən çoxdur ki, Vəsahid Məlikov Məlikov müxtəlif bəhanələrlə bizi yola verir. Artıq dözə bilmirik, buna görə də hüquq-mühafizə orqanlarından kömək gözləyirik. Vətəndaşları aldadaraq, onların pulunu mənimsəyən bu şəxs hələ də azadlıqda gəzir və törətdiyi əməllərə görə, hələ ki, ona “gözün üstə qaşın var” deyən yoxdu”.

Redaksiyamıza verilən məlumata görə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edən vətəndaşların sayı onlarladır. Onlara dəyən zərərin məbləği isə yüz min manatlarla ölçülür.(teref.info)

Geri qayıt