Əsas Səhifə > Hadisə, Manşet > "Gedin, kimə istiyirsiniz, şikayət edin, çəkinəcək yerim yoxdur"
"Gedin, kimə istiyirsiniz, şikayət edin, çəkinəcək yerim yoxdur"18-09-2017, 09:51 |
Masallı rayon, Qəzvinoba kənd sakini Əlirza Həsənova “Azərişıq” ASC-nin sədri Baba Rzayevə müraciət edərək kəndin işıqlarının tez-tez sönməsi və yandığı zaman közərdiyi barədə müraciət edib. Müraciət edən sakinlər cavab olaraq ərazi nəzarət rəisindən “Tüklə” y/st-na Elektrik Şəbəkənin rəisi Seyfəddin adlı şəxsə dəfələrlə şikayət etdiklərini və onun tərəfindən kobud cavab aldıqlarını qeyd edib. Həmçinin redaksiyamıza həmin məktubun surəti göndərilib. Məktubda da qeyd edilir ki Seyfəddin adlı şəbəkə rəisi şikayətçilərə "gedin, kimə istiyirsiniz, şikayət edin, çəkinəcək yerim yoxdur" deyib. Vətəndaşlarla məzələnən şəbəkə rəisi onlara işıqların yağış yağandan sonra düzələcəyin deyərək ələ saldığı da qeyd edilir. "Azərişıq" ASC-nin ünvanlanan məktuba cavab olaraq isə vətəndaşların yalan danışdığını qeyd edən məktub vətəndaşa cavab olaraq göndərilib. Cənub RETSİ-nin rəisi Ə.M.Paşayev imzaladığı məktubda qeyd edir ki qeyd edilən stansiyadan Qəzvinoba kəndinə fasiləsis elektrik axışı verilməkdədir. "Azərişıq" ASC-nin rəsmi məktubundan belə görünür ki, əhali elektrik enerjisi ola ola işləri gücləri qurtarıb ki, durub Baba Rzayevə şikayət məktubu yazıblar. “Tüklə” y/st-na Elektrik Şəbəkənin rəisi Seyfəddin kimdir və hansı yüksək çinli məmurun himayəsindədir ki, kimə şikayət edirsiz gedin edin demək səlahiyyətini özündə tapıb. Əsas məsələ əhalinin elektrik enerjisi ilə təmin edilməsi və Seyfəddin adlı rəisin kimliyinin araşdırılması mütləqdir. Mövzunu diqqətimizdə saxlayacağıq xalqxeber.az Geri qayıt |