Əsas Səhifə > Hadisə, Manşet > Dövlət televiziyasının xidməti maşını, yoxsa TAKSİ xidməti?

Dövlət televiziyasının xidməti maşını, yoxsa TAKSİ xidməti?


16-09-2017, 09:49
Dövlət televiziyasının xidməti maşını, yoxsa TAKSİ xidməti?
Şəhərdə şirkətlərdən birinin taksi xidməti göstərən nəqliyyat vasitəsi ön şüşəyə yapışdırdığı yazı ilə diqqəti üzərinə çəkib.

BiG.AZ xəbər verir ki, taksi fəaliyyəti göstərən 99-CK-163 dövlət nömrə seriyalı "Opel Astra" markalı avtomobil polislərdən yayınmaq məqsədi ilə ön şüşəsinə Azərbaycan Dövlət Telelviziyasının "loqo"sunu yapışdırıb. Bu isə əməkdaşımızın gözündən yayınmayıb.

Məsələ ilə bağlı BiG.Az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bunu qanunsuz əməl adlandırıb: "Bu sadəcə olaraq biabırçılıqdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə fərqlənmə nişanı və taksi işarəsi kifayət edir. Hansısa loqodan istinadə etmək qanunsuzluqdur. Bunun cəriməsi yoxdur. Həmin şəxsi ancaq həmin taksi xidməti daxili qaydalara uyğun şəkildə cəzalandıra bilər. Çünki əlavə lövhədən istifadə edir amma görünür sürücü bunu polisdən yaxa qurtarmaq üçün edib. Həmin şəxsin cəzalandırılması yalnız televiziya rəhbərliyinin hüquq mühafizə orqanalarına şikayəti əsasında mümkündür".

Sözügedən taksi şirkətinin rəsmisi Bədir Balaxanov BiG.Az-a açıqlamasında həmin şəxsin taksi sürücüsü kimi şirkətə müraciət etdiyini bildirdi: Həmin şəxs bizə taksi sürücüsü kimi müraciət edib. Onun televiziya əməkdaşı olub olmaması araşdırılacaq. Əgər qanunsuz şəkildə televiziyanın adından sui istifadə edirsə o dərhal bizim şirkətlə əməkdaşlıqdan uzaqlaşdırılacaq".

Dövlət televiziyasının xidməti maşını, yoxsa TAKSİ xidməti?

Geri qayıt