Əsas Səhifə > Hadisə, Manşet > "Gələndən ancaq pul yığmaqla məşğuldur"
"Gələndən ancaq pul yığmaqla məşğuldur"15-09-2017, 10:23 |
Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən "Günəş” 11 nömrəli körpələr evi uşaq bağçası barədə mətbuatda silsilə xəbərlər yayımlanıb. AZXEBER.COM xəbər verir ki, bağçanın müdiri Esmira Behbudovadan şikayətçi olan valideyn deyib: "Müdirə bağçaya 5-6 aydır ki, gəlib. Gələndən ancaq pul yığmaqla məşğuldur. Əvvəl bizdən bağçanı təmir eləmək adıyla pul yığdı. İndi isə yemək pulu adıyla hər valideyndən 20 AZN pul tələb edir. Valideynlər yığışıb şikayət etdik ki, axı Sumqayıt şəhər İcra Hakimiyyəti sizi yeməklə təmin edir. Dedi ki, hansı valideyn 20 AZN verməsə, onun övladına kotlet verməyəcəm. Dedik ki, axı uşaqdırlar, gözləri görür, baxıb şişə bilərlər. Qayıtdı ki, lap cəhənnəmə! Sonra bir valideyn söylədi ki, 20 AZN çoxdur, ona qarşılıq olaraq dedi ki, yarısı cibimə gedəcək. Övladlarımız ac qalmasın deyə məcburən pulu veririk, ancaq bu, qanunsuzdur. Özünə də demişik ki, şikayət edəcəyik. Deyir, kimə şikayət etmək istəyirsinizsə,edin”. Valideynlərin dediyinə görə, müdir avtomobilini düz bağçanın həyətinə sürür. Halbuki qərar çıxmışdı ki, maşını bağça və məktəblərin həyətlərinə müəyyən məsafədə saxlamaq lazımdır. Bundan başqa qrupda əslində 20-22 uşaq olmalıdır, ancaq o bağçada qrupa 38 nəfər yığılıb. Uşaqlar yatmağa, oturmağa yer tapmırlar. Bağça ilə maraqlanmır. Ondan çox valideyn şikayətçidir. Siz deyin, axı uşaqlara "cəhənnəmə ağlasın” demək hansı pedaqogikaya sığır?! 7-8 valideyn yığışıb Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə gedəcəyik. Adının çəkilməsini istəməyən digər valideyn isə bunları qeyd edir: "O müdirə hər ay valideynlərdən 25 AZN pul tələb edilir. 20 AZN yemək pulu, 5 AZN isə fond pulu üçün. Pul verən valideynlərin uşaqları üçün ayrı menyu verilir, pul verməyənlər üçün isə ayrı. Valideyni pul verməyən uşaqlar adi sup və kaşa ilə qidalanırlar. Belə biabırçılıq olmaz, uşaqlara necə fərq qoymaq olar?! Həm də direktor özü gəlib qruplara nəzarət edir ki, pul verənlər yaxşı menyuya uyğun, pul verməyənlər adi yeməkləri yesinlər". Aylıq ödəniş qarşılığında uşaqlara təklif olunan sözügedən menyunu də əldə eləmişik. Qeyd edək ki, 11 saylı bağça ilə bağlı şikayətlər bununla da bitmir. Sözügedən bağçanın uşaqların götürülməsi üçün valideynlərdən pul istənilməsi haqqında da şikayətlər olunur. Həmin şikayətlərə inansaq, övladının o bağçaya getməsini arzulayan valideyn azı 400-700 manat pulundan keçməlidir. Sumqayıt şəhər 5-ci mikrorayon ev 15/132-də yaşayan Əlimərdanov İsrafil Hətəm oğlu 11 saylı bağçanın rəhbərindən çox gileylənir. O hətta bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova da məktub ünvanlayıb. Məktubun qısa mətnini diqqətinizə çatdırırıq: Himayəmdə iki azyaşlı övladım var. Hər bir Azərbaycan vətəndaşı kimi övladımı ərazimizdə olan bağçaya qoymaq istəyirik. Ərazimizə yaxın olan bağçalar 5-ci mikrorayonda yerləşən 44 saylı və 1-ci mikrorayonda yerləşən 11 saylı bağçalardır. Amma heç birində yer yoxdur. Daha doğrusu yaxınlaşanda bizə belə deyirlər ki, yer yoxdur. Əslində məlumatımız var ki, "başqa yollar”la başqa ərazi və mikrayonlarda yaşayanlar gəlib uşaqlarını ora qoyurlar. Amma mən həmin ərazidə yaşaya-yaşaya övladımı bağçaya düzəldə bilmirəm. Onuda qeyd etmək istəyirəm ki, bu problemimiz demək olar ki 2 ildir davam edir. Mən övladımı baxçaya düzəldə bilmirəm. Deyirlər, get gələn il gələrsən. Gedirik, deyirlər yerimiz yoxdur. Bir sözlə, bizi dolayırlar. Valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün 11 saylı bağçanın müdiri Esmira Behbudova ilə əlaqə saxladıq. O, qısa şəkildə iddiaları təkzib edərək, dəstəyi üzümüzə asdı: "Yalnış məlumatdır. Bütün suallarınızı mənə yox, İcra Hakimiyyətinə yönləndirməlisiniz". Xatırladaq ki, bir müddət öncə də digər əməkdaşımız Esmira xanıma zəng edəndə yenə kobudluq edərək telefonu söndürmüşdü. AZXEBER.COM-un məlumatına görə, mətbuatda yayımlanan bu xəbərdən sonra direktor daha da qəzəblənib və uşaqlara daha bir sanksiya qoyub. Belə ki, pul verən uşaqlar bir cərgədə, verməyənlər isə başqa cərgədə əyləşdirilib. Pul verənlərə "kotlet, peraşki" verilib, digərlərini isə yemək verilməyib. O eyni zamanda deyib ki, geri addım atmayacaq. Maraqlısı odur ki, direktor avtomobilini də bağçanın həyətində saxlayıb. Geri qayıt |