Əsas Səhifə > Hadisə, Manşet > Fətullah Gülənin Bakıdakı adamlarına qarşı YENİ DALĞA
Fətullah Gülənin Bakıdakı adamlarına qarşı YENİ DALĞA12-09-2017, 10:11 |
DİA.AZ: - Son günlər Türkiyə mətbuatı və ”Ana Heber”televizya kanalında səsləndirilən fikirlərdən aydın olur ki, FETÖ-nün digər dövlətlərdə olan “imam”ları müəyyənləşdiriləcək. Qeyd edək ki, bu işdə Türkiyə hökuməti israrlıdır. DİA.AZ bildirir ki, bu terror təşkilatının xarici və qonşu ölkələrdə “imam”larının müəyyənləşdirilməsi ,xarici əlaqələrinin araşdırılması prosesi zamanı aidiyyatı qrumlara verilən təlimatlar ölkəmizdən də yan keçməyə bilər.Bu isə o deməkdir ki, FETÖ-yə qarşı mübarizə yeni mərhələyə daxil olur. Və təbii ki, bu mübariə Azərbaycanda da öz əksini tapacaq. Bunu isə DİA.AZ-a açıqlamasında yerli mənbələr bildirib. Xəbəri verən qaynaq iddia edir ki, keçmiş məmurlar - Elnur Aslanov (PA-nın sabiq şöbə müdiri) və Elşad İsgəndərovla (sabiq DQİDK sədri) yanaşı daha bir neçə önəmli FETÖ-çu yeni dalğadan zərbə ala bilər. Mənbənin dia-az.life-a söylədikləri: "Bu dəfə rəsmi Ankara Azərbaycan hakimiyyətindən konkret addımlar istəyəcək. Çünki ölkəmizdə aparılan "təmizləmə" işləri həqiqətən də yetərli deyil və maraqlı orasıdır ki, FETÖ-çuların Bakıdakı biznes dayaqları hələ də mövcuddur ki, bunu da qardaş Türkiyə haqlı olaraq təhlükə kimi qəbul edir. Elə Azərbaycanın özü də bu qaranlıq gəlir ünvanlarından zərər görə bilər". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |