Əsas Səhifə > Hadisə, Manşet > Sakinlərdən AMEA-nın mənzil komissiyasına:

Sakinlərdən AMEA-nın mənzil komissiyasına:


15-08-2017, 09:47
Sakinlərdən AMEA-nın mənzil komissiyasına:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Aspirantlar yataqxanası”nın sakinləri AMEA-nın mənzil komissiyasına müraciət ediblər.

DİA.AZ Hurriyyet.org-a istinadən həmin müraciəti oxucularına təqdim edir:

“Biz - müxtəlif bəhanələrlə qeyri-qanuni olaraq mənzil bölgüsündən kənarlaşdırılmış Bakı şəhəri, Şərifzadə 12-də yerləşən “Aspirantlar yataqxanası”nda daimi qeydiyyatda olan və yaşayan, yaşadıqları mənzilə qanuni orderi olan yataqxana sakinləri AMEA-nın mənzil komissiyasının üzvlərinə (Fətəli Abdullayev və Sərdar Əliyevdən başqa) müraciət edərək bildirmək istəyirik ki, gələcəkdə həm vicdanınız, həm də qanun qarşısında məsuliyyət daşımaq istəmirsinizsə, AMEA rəhbərliyinin, eləcə də F.Abdullayevin, S.Əliyevin uydurma və qanunsuz ideyalarına aldanaraq, onların hazırladığı və heç bir qanuni əsası olmayan qərarları imzalamayın. Proseslərin necə başladığını, hansı mərhələlərdən və necə keçdiyini bilməyən (bilmək də istəməyən) indiki AMEA rəhbərliyi və komissiyanın əsas “fəalları” öz məqsədlərinə çatmaq üçün bütün qanunları, müqavilələri tapdalayır və sizləri də bu çirkin oyunun iştirakçısı etmək istəyirlər. Aldanmamaq üçün AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun Prezident İlham Əliyev cənablarına ünvanladığı müraciəti və tikinti şirkəti ilə bağlanmış müqaviləni, xüsusilə müqavilənin 1.3; 2.1.1; 2.1.3 və 3.5 bəndlərini, bu proseslərin həyata keçirilməsi üçün tikinti şirkətinə təqdim edilən yataqxana sakinlərinin keçirdikləri iclasın protokolunu diqqətlə oxuyun. Açıq-aydın başa düşəcəksiniz ki, tikilmiş 1 bloklu 16 mərtəbəli bina yalnız yataqxana sakinləri üçün nəzərdə tutulub. Komissiyanın qeyd olunan “fəalları” müqavilədə “nəyinsə düzgün olmadığını”, hətta sakinlərə verilmiş orderlərin qeyri-qanuni olduğunu (?), hal-hazırda AMEA-da işləməyən yataqxana sakinlərinin AMEA-ya “dəxli olmadığını” və s. deyə bilərlər. Yadda saxlayın, onların ideyaları cəfəngiyyatdır və hal-hazırda AMEA-da işləməyən sakinlər də son vaxtlara qədər uzun müddət AMEA-da işləyiblər. Müqavilə bğlananda hansı məqsədlə bağlanıbsa, o da həyata keçirilməlidir. Komissiyanın yataqxana sakinlərindən kiməsə ev verib, kimisə kənarda qoymaq səlahiyyəti yoxdur. Çünki bu proses hansısa mənzilvermə kompaniyası yox, yataqxana sakinlərinə (118 ailə) əlindəki orderlə faktiki malik olduğu mənzilin əvəzində mənzil verilməsi prosesidir. Şirkət tərəfindən AMEA-ya ödənişsiz veriləcək mənzillərin nəzərdə tutulmuş ümumi sahəsi də 118 (mənzil) x 65 m2 = 7670m2 hesablamasından alınır. “Fəallar” bunun da haradan yarandığını bilmirlər, bilsələr də etiraf etmək onlara sərf etmir. Onların heç bir arqumenti yataqxana sakinlərinin əlindən mənzillərinin alınaraq mənimsənilməsinə səbəb ola bilməz. Mənimsənilmiş mənzillərdə adınızın hallanmasını istəmirsinizsə, qanunsuz qərarları imzalamayın”.

Sakinlərdən AMEA-nın mənzil komissiyasına:
Sakinlərdən AMEA-nın mənzil komissiyasına:

Geri qayıt