Əsas Səhifə > Hadisə, Manşet > İntihara cəhd edən idmançımız görün, nələri DEDİ...

İntihara cəhd edən idmançımız görün, nələri DEDİ...


14-08-2017, 11:18
İntihara cəhd edən idmançımız görün, nələri DEDİ...
Azərbaycanın uşu-sanda millisinin sabiq üzvü Emin İsmayılovun avqustun 11-də Gənclər və İdman Nazirliyinin önündə təkbaşına etiraz aksiyası keçirtdiyini xəbər vermişdik.

Yenicag.az-ın məlumatına görə, dəfələrlə aidiyyatı qurumlara müalicəsi üçün müraciət edən idmançıya müsbət cavab verilməyib. Bu vəziyyətdən bezən İsmayılov, hətta üstünə benzin tökərək, özünü yandırmaq istəyib. Lakin son anda polis əməkdaşları Eminin özünə qəsdinin qarşısını alıblar.

Yenicag.az saytına açıqlama verən E. İsmayılov çıxılmaz vəziyyətdə qaldığını deyib. Ona müalicəsi üçün heç kim kömək etmək istəmir:

“2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak etdim. Yarımfinalda belçikalı ilə qarşılaşdım. Döyüş zamanı sifətimdəm ciddi zədə aldım, amma yarışı dayandırmadım. Üzümün sındığını bilmirdim. Məni xəstəxanaya apardılar. Həkimlər müayinədən sonra dedilər ki, 10 gün ərzində təyyarəyə minmək olmaz. Ancaq səbəbini demədilər. Orada qalmağım əlavə xərc idi; günə 100 avro tələb edirdi. Məndə də o pul yox idi. Onsuz da yarışa öz hesabıma getmişdim. Məcbur qalıb, təyyarə ilə uçdum. Canımı təhlükəyə atdım, beynimə qan sıza bilərdi. 5-6 aydan sonra üzümdə ağrılar hiss etməyə başladım. Nazirliyə müraciət etdim, məni klinikaya göndərdilər. Orda da dedilər ki, üzündə sınıq var. 3 ildə bəlkə də 50 dəfə Gənclər və İdman Nazirliyinə getmişəm, amma maraqlanan olmayıb. Nazir Azad Rəhimova da məktub yazmışam. Sığorta da “fırtlatdı” ki, sən hadisə yerində məlumat verməliydin.

Azərbaycanda İtaliya səfirliyinə də müraciət etmişəm ki, sizin həkimlər məni əməliyyat etmədilər. Onlar da deyir ki, get dərdini İtaliyadakı Azərbaycan səfirliyinə de. Qardaş, mən dərdimi kimə danışım? Neçə dəfə millət vəkillərinə, icra hakimiyyətinə müraciət etmişəm., amma heç kim maraqlanmayıb. Xahiş edirəm, səsimi ölkə rəhbərliyinə çatdırın”.

Geri qayıt