Əsas Səhifə > Hadisə, Manşet > Rəcəb Babaşovun Qazaxı...
Rəcəb Babaşovun Qazaxı...4-08-2017, 09:57 |
Rayonda əhalinin torpaq sahələrinin suvarılması da monopoliyalaşıb. Xüsusilə Qazaxın bitişik Çaylı və Kommuna kəndlərində bu hal daha qabarıq şəkildə özünü büruzə verib. Bunun əsas səbəblərindən biri rayonda vəzifəli şəxslərin millətin qanı bahasına yığdığı çirkli pullarla özlərinin yaratdığı iri təsərrüfatları suvarmaq üçün yerlərdə su assosiasiya sədrlərinə verdikləri kifayət qədər vəsait olub. Artıq həmin kəndlərdə kasıb təbəqələrin fındıq, kartof və digər adda əkilmiş təsərrüfat məhsulları yanaraq külə dönüb. Prezident İlham Əliyevin fındıqçılığın inkişafı üçün yeni sərəncam verməyinə baxmayaraq, rayonun icra hakimiyyətində işləyən bəzi məmurları ilə əlbir olan kənd icra nümayındələri Prezidentin sərəncamına məhəl qoymayaraq kasıbların təsərrüfatına divan tuturlar. “Mənəmiliyin”, özbaşınalığın hələ ki, qarşısı alınmır. Onu da qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun məzuniyyətdə olmasından sui istifadə edən icra hakimiyyətininin bəzi işçiləri Rəcəb Babaşovdan əvvəllki ambisiyalaranı həyata keçirmiş, əhali ilə dil tapmayaraq bildiklərini eymişlər. Hərçən ki, icra başçısını əvəz edən müavin Tahir Musayev təcrübəsizliyini bir daha sübut etmiş, vətəndaşların adicə ərizə və şikayətlərinə başdansovdu yanaşmışdır. Təqaüdə göndəriləcəyi günü səbrisizliklə gözləyən Tahir Musayev bu gün qazaxlıların yaddaşında hansı müsbət əməli ilə yadda qalması da sual altındadır. Nə isə.. Budur Qazaxda uzun müddətdi sahibkar kimi tanınan, 100 nəfərə yaxın vətəndaşı işə qəbul edərək onların sosial durumunu yaxşılaşdıran Elxan Cürənovun 2 hektar kartof, 1 hektar üzüm və 80 sot fındıq sahəsi yanaraq məhv olub. İş adamına belə hörmətsizlik Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitlə bir müstəvidə necə həllini tapa bilər? “Mən hər bir icra başçısına qiyməti sahibkara yaratdığı şəraitə görə verəcəyəm” deyən prezident bəs bu gün hansı tədbiri görəcəkdir? Sahibkar Elxan Cürənovun təsərrüfatının çox hissəsi Qazaxın Çaylı kəndi ərazisində yerləşir. Özü rayonun Daş Salahlı kəndindən olan Cürənova qəsdən nə Çaylı kəndi üzrə icra nümayəndəsi Ceyhun Binnətov, nə də kənd üzrə su assosiasiyasının müdiri Asim Carçıyev şərait yaratmamış, kənddəki “dəli-dolu” qoçuların əli ilə onun təsərrüfatının suvarılmasına maneçilik törətmişlər. Maraqlıdır, kınd icra nümayəndəsi, icra başçısı prezidentin yerdə nümayəndəsi olduğu kimi, kənd icra nümayəndəsi də icra başçısının yerdəki nümayəndəsidir. Bir icra nümayəndəsinin ki, ağızı “pendir kəsmirsə” oturduğu yerə hörmətsiz yanaşırsa əvvəla, kənd vətəndaşlarına, ikincisi də icra başçısına nəyə lazımdı? Sahibkar Elxan Cürənova “dəliyəm-doluyam” ifadələrini işlətməklə su verməyib təsərrüfatını yandıranlar belə hesab deirik ki, yenicə əmək məzuniyyətində qayıdan icra başçısı Rəcəb Babaşovun baxışlarına tuş gələcəklər. Sahibkara su verilməsində əngəlliklər yardan şəxslərdən biri də, kəndin ağsaqqalı kimi pis-yaxşı tanınan, yaşı bəlkə də 80-i ötmüş Fərrux Novruzovdur. Verilən məlumata görə bu ağsaqqal kimlərdənsə üz görərək kənddə gah suyun qabağına yıxılaraq bir kimsəyə su vermir, gah Çaylıdakı məscidin ünvanını dəyişdirir, gah icra nümayəndəsinin işinə qarışır, gah da nə bilim nələr edir. Kənd camaatının artıq canının boğazına yığan bu ağsaqqaın hələ ki öhdəsindən gələni yoxdur. Hətta, icra nümayəndəsi və bələdiyyə sədri də onun qarşısında əsassız olaraq acizlik göstərirlər. Bayaq qeyd etdik ki, sahibkar Elxan Cürənov Çaylı kəndinə qonşu Daş Salahlı kəndindəndi. Təsərrüfatının çox hissəsi isə Çaylı kəndi ərazisindədir. Sahibkara hörmətsizliyə diqqət edin ki, kənddə “qaz vurub qazan dolduranlar”, icra nümayəndəsinə “xox” gələnlər assosiasiya sədrini əməlli-başlı görərək özlərinə məxsus hektarlarla kartof və yonca sahələrini 9-10 dəfə suladığı halda , Elxan Cürənov isə Daş Salahlı kəndindən olduğu üçün onun təsərrüfatına su vermirlər. Halbu ki, adlarını açıqlamaq istəmdiyimiz Çaylıdakı hektarlarla kartofu, yoncası, malı-heyvanı olanlar deyilənə görə 1 qara qəpik də olsun kənd sakinlərinə xərcləməyiblər. Lakin sahibkar Elxan Cürənovun işə qəbul etdiyi vətəndaşlardan 40 faizi Çaylı kəndindəndir. Eybi yox, buna da güzəşt deyək.. Düşündürücü isə hazırda sahibkara dəyilən ziyanın necə ödənilməsi və bu yolda günahkarların cəzalandırılmasıdır. Əks təqdirdə sahibkar Elxan Cürənov ona edilən hörmətsizliyə və dəyən ziyana görə hər an sahibkarlar üçün şərait yaratmağa çalışan Prezident İlham Əliyevə rəsmi şikayət edəcəyini bildirir Yazıda adları çəkilən vətəndaşların da münasibətini öyrənməyə hazırıq. (Mövzunu diqqətdə saxlayacağıq) Teref.info Elnur Aslan Geri qayıt |